Əlaqə Arxiv
news Image
2020.08.08
16:30
| A A A
Ölkəmizdə sosial layihələr uğurla həyata keçirilir

Bütün dünyanı cənginə alan  koronavirus (COVİD-19) virusuna qarşı mübarizədə dünyanın bir sıra inkişaf etmiş dövlətləri aciz qaldılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında atdığı uzaqgörən siyasət nəticəsində ölkəmizdə Pandemiyaya qarşı mübarizə öz müsbət nəticələrini  verməkdədir. Artıq koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunmaqdadır.      
    Aparılmış məqsədyönlü tədbirlər nəticəsində iyul ayının 16-dan bu günə qədər  virusa yoluxmaların sayı sağalanların sayından xeyli aşağıdır. Bu uğurların əldə olunmasında həkimlərimizin də əməyini xüsusi qeyd etmək lazımdır. 
   Aparılan məqsədyönlü addımlar nəticəsində  paytaxt Bakıda və regionlarda qısa müddət ərzində modul tipli xəstəxanalar tikilərək istifadəyə verilmişdir. Hətta bəzi hallarda olimpiya idman kompeksləri də xəstəxanaya çevrilərək qısa  müddət ərzində hazır vəziyyətə gətirilmişdir. Bu virusun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə görülən işlərlə yanaşı ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllərini tapır. Təkcə son aylar ərzində görülmüş işlərə nəzər salmaq kifayət edir ki, hər bir kəs görsün ki, nə qədər böyük işlər görülmüşdür.
   Xüsusi qeyd etmək lazımdır ki,  beş milyona yaxın insan geniş sosial  paketlə əhatə edilmişdir. Pandemiyaya baxmayaraq 2020-ci ildə ölkəmizdə həyata keçirilən sosial layihələrin həcmi rekord həddə çatır. Bu il yeddi  mindən çox köçkün ailəsi mənzillə təmin olunacaqdır.  Ordu sıralarında xüsusi xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən məzillərlə təmin olunacaqdır.  2020-ci ildə görülmüş sosial layihələr bir daha deməyə əsas verir ki, Respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf etməkdədir.

Nəsimi rayon sakini   Quliyev Ağabala Maşalla oğlu

Sizin Reklam Yeriniz