Əlaqə Arxiv
news Image
2020.08.08
18:14
| A A A
"Birlik", ölüm saçan hər bir bəlanın öhdəsindən gələr

          Ataların bir gözəl misalı var: "Xəstə nə qədər " nar" desə də, nar vaxtında yetişər".
         Hal hazırda baş verən hadisələrin axını elə göstərir ki, ölkədə Koronavirus
 (Covid -19) pandemiyası ilə əlaqədar tədbirlər planı öz töhvəsini verir. İyul ayının ortalarından etibarən xəstəliyin qalxan şkalası üzrə artımı səngiyib. Artıq sağalma göstəricisi kimi aid olunan şkala göstəricisi  üzrə nəzərə çarpacaq dərəcədə enmələr, sagalmalar öz əksini tapır .Bu bəlanın müsbət hala doğru irəliləyişi əlbəttə ki, böyük əmək,yüksək potensial güc, səbr, gərgin iş fəaliyyətinə görə başa gəlməsi göz önündədir.
        Xalqın möhkəm iradəsi, mətinliyi, şücaəti ilə yanaşı bu qələbəyə doğru atılan  addım , məhz Dövlətin, Dövlət başçımızın yanında olmaq oldu ki, bu da xalqımıza məxsus ən gözəl keyfiyyət və xüsusiyyətdir. Bəli, bu müsbət  irəliləyişə səbəb qazanılan nailiyyətlər,  Dövlətimizin, eyni zaman da Dövlət  Başçımız İlham Əliyevin   bu sahə üzrə tərtib etdiyi çox şaxəli, strateji mövqeyinə xalq birliyinin  qoşulması , müsbət  münasibətlərin birliyi, əzmkarlığı ilə nail olduq. İnam böyük dəstək və etibardır .O olmasa bu həyatda heç nəyə nə sahib olmaq ola, nə də qalib gəlmək olar. İnam birlik deməkdir.Və bizim xalqımız bu birlik ətrafında birləşməyi bacardı. Gəlin etiraf edək ki, bütün bu nailiyyətləri əldə etməyimiz təkcə  bu günün tövhəsi deyil. İllər öncə təməli düzgün qoyulan gələcəyə doğru yönələn, siyasi, sosial, həm  də iqtisadi   inkisaf  planlarının ,vaxtında müəyyən edilib önə doğru aparılmasındadır. Mən çox sevinirəm ki, biz  bu gözə görünməz düşmənin öhdəsindən layiqincə gələ  bilirik. Ən parlaq nəticə isə odur ki, gözə görünməz burda ,ətrafımızda olduğu halda o artıq bizə qorxulu  deyil. Biz onunla mübarizə yollarını tapdıq. Düzdür, müəyyən müddət düşmənimizlə bərabər yaşamağa məcburuq. Amma əsas odur ki, onunla mübarizə apara bilirik. Buna da əlbəttə ki, Prezidentimiz, onu əhatə edən işçi qüvvəsi və xalqın iradəsi, əzmkarlığı nəticəsində nail ola bilirik. Hər kəs- həkimindən tutmuş hər bir sənət sahibi öz bacarığını ortaya qoyur.
      Marifləndimə işlərinin aparılması, yüksək tibbi texnoloji avadanlıqların ölkə daxilində  mövcudluğu, eyni zamanda lazım olan, vacib sayılan tibb  sahəsi üzrə texnoloji avadanlıqların  operativ şəkildə ölkəyə gətirilməsi, tibb sahəsi, eyni zamanda digər yüksək professional    iş bacarığı nümayiş etdirən mutəxəssislərin  iş bacarığı  və ən əsası dövlətin, Dövlət başçımız İlham Əliyevin müdrik siyasi baxışları  bu işlərin öhdəsindən  gəlməyə bizə dayaq durdu, kömək etdi. Xalqımız hər zaman dövlətin yanında, dövlət də xalqın yanındadır. Bu birliyi heç bir xəstəlik, heç bir düşmən qıra bilməz. Guc birlikdədir. Daha gözəl nailiyyətlər əldə etmək arzusu ilə yaşamalıyıq ki, ölüm saçan hər bir şey bizdən uzaq dursun .

Ağalarova Təranə
Nəsimi rayonu

Sizin Reklam Yeriniz