Əlaqə Arxiv
news Image
2020.08.08
21:11
| A A A
Prezident İlham Əliyevin gördüyü işlər bir tarixdir

Artıq aylardır ki Azərbaycan xalqı Covid 19 pandemiyası ilə üz üzədir.  Bütün dünyanın mübarizədə olduğu bu virusa qarşı  xalqımız bir çox tədbirlər həyata keçirdi və onun nəticəsidir ki, bu gün ölkəmiz yumşaldılmış karantin rejiminə keçib. Buna baxmayaraq vəziyyət  bu günə qədər nəzarət altındadır. Qabaqlayıcı tədbirlər nəticəsində xalqımız digər ölkələrlə müqayisədə az itki verdi. Bu yolda həkimlərimizin, polislərimizin əməyi danılmazdır. Saymaqla bitməyən  xidmətlər: yeni modul tipli xəstəxanalar, çarpayılar, sosial layihələr, təhsil haqlarının geri qaytarılması və.s
        Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700 , Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq"
      Karantin rejimi olmasına, bəzi iş yerlərinin fəaliyyətinin dayandırılmasına baxmayaraq iqtisadi və sosial məsələlər öz həllini tapır. Ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər, ərzaq  payları, məşğulluq və sosial rifaha dəstək, özəl sektor üzrə məşğulluq, işsizlərin və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərə yardım Prezidentimiz tərəfindən qarşılanır.
      Artıq avqust ayının 5-dən karantin rejimi ilə bağlı bir sıra yumşalmalar oldu. Bütün bu yumşalmalar  həyata keçirilən tədbirlərin nəticəsidir. Əks halda yoluxma riski daha da artsa yenidən sərt karantin rejiminə keçməli olacağıq. Bütün təhsil müəssisələrində, iş yerlərində, təşkilatlarda dəyişiklik olub ki, bu da yenidən yoluxma riskini azaldır.
      Bütün bu profilaktik tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkür edirik.
     Möhtərəm Prezidentimiz, Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə xilas etdiyiniz bir tarixdir.

 Hüseynova Zeynəb Müşfiq qızı
 Nəsimi  rayon gənci

Sizin Reklam Yeriniz