Əlaqə Arxiv
news Image
2020.08.08
21:54
| A A A
Koronavirusa qarşı mübarizə

    Bu gün  dünyada insanların həyatı üçün ciddi təhlükə yaradan və bütün ölkələrdə geniş yayılmış koronavirus təəssüflər olsun ki, ölkəmizdə də yayılmıştır. Dünyanın bütün ölkələrində bu virusla mübarizə etmək üçün tədbirlər görülmüş, xəstəxanalar tikilmişdir və  hələ də virusa qarşı dərman hazırlamaq üçün ciddi hazırlıqlar gedir. Ölkəmizdə də fevral ayından etibarən bu virus yayılmağa başlamış və pandemiya ilə mübarizə üçün ciddi tədbirlər görülmüşdür. Prezidentimizin göstərişi ilə Koronavirusla mübarizə üzrə Dəstək Fondu yaradılmış və virusa qarşı mübarizəyə nəzarət üçün Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılmışdır. Məhz yaradılmış bu qurumlar ölkəmizdə pandemiyanın inkişaf dinamıkasını nizama salmaq, virusa yoluxanların sayını azaltmaq üçün ciddi tədbirlər görmüş və buna nail olunmuşdur.
      Pandemiyanın başladığı ilk zamanlardan Operativ Qərargah daim insanları məlumatlandırmış, gündəlik olaraq insanlara yayılma dinamikası və mübarizə üçün məlumat verilmişdir. Həyata keçirilən tədbirlər və sərt karantin rejimi vasitəsi ilə bu gün ölkəmizdə yoluxma dinamikasında müsbət tendensiyaya nail olunmuşdur.
Ölkəmiz ilk növbədə insanların sağlamlığını və rifahını əsas tutaraq hər cür dərman vasitələri, tibbi aparatlar və ləvazimatları xaricdən alınmışdır. Lazımi qədər xəstəxana olmasına baxmayaraq, virusa qarşı daha yaxşı mübarizə aparmaq və insanlara daha yaxşı xidmət göstərmək üçün yeni modul tipli xəstəxanalar tikilməyə başlandı. Bu gün ölkəmiz hər cür tibbi ləvazimatlar və xəstəxanalara sahibdir. Pandemiyaya qarşı bu cür uğurlu mübarizənin əsas səbəbkarları həkimlərimizidir. Onların əziyyəti və yorulmaz əməyi vasitəsilə virusdan ölənlərin sayı azalmış və 29 min insan sağalaraq evlərinə buraxılmışdır.
Prezidentimiz insanların sosial rifahını təmin etmək üçün də tədbirlər görmüşdür. İşsiz vətəndaşlarımız qeydə alınmış və onlara karantin dövründə dövlət tərəfindən 190 manat vəsait verilmiş və bu gün də verilməyə davam edir.
       Pandemiyaya qarşı mübarizə apardığımız bu dövrdə, iyul ayının 12-də erməni təxribatına məruz qaldıq, eyni zamanda mənfur düşmənə qarşı da mübarizə aparmalı olduq. Qəhrəman Azərbaycan əsgərləri, Azərbaycan ordusu bunun da öhdəsindən laiqincə gəlmiş və düşmən susdurulmuşdur. Lakin bu yolda şəhidlərimiz də olmuşdur. Dövlətimiz şəhid ailələrinə ev və maliyyə dəstəyi göstərmişdir. 
      Bütün dünyada ciddi iqtisadi zəifliyə səbəb olmuş pandemiya ölkəmizə də təsir etmiş, lakin ölkəmiz bu yolda da öz inkişafını davam etdirməyi bacarmışdır. Virusun tamamilə bitməsi və əvvəlki firəvan, sağlam və rahat həyatımıza qayıtmaq üçün hər birimiz çalışmalı, həkimlərimizin verdiyi məsləhətlərə əməl etməli və ilk növbədə özümüz öz həkimimiz olmalıyıq. Son 3 həftədə baş verən azalma hər birimizi sevindirdi, lakin unutmayaq ki, virusun bitməsi üçün axıra qədər özümüzü qorumalı, sosial məsafə saxlamalı və maskalardan istifadə etməliyik. Yalnız bir olsaq bu görünməz düşmənə qalib gəlmək olar, çünki, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!!!
Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü

 

Sizin Reklam Yeriniz