Əlaqə Arxiv
news Image
2020.08.08
22:36
| A A A
Prezident: «Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır»

Hal-hazırda bütün dünya ölkələrinin gündəmini məşğul edən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü səmərəli tədbirlər nəticəsində ölkə ərazisində bu virusa yoluxanların say dinamikasında düşmə nəzərə çarpmaqdadır.  2020-ci avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Müşavirədə dövlət başçısı öz çıxışında bildirmişdi ki, -koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir.
        Ölkə rəhbərliyinin bilavasitə nəzarəti ilə görülən tədbirlər nəticəsində iyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşüb. Bu müsbət dinamika deməyə əsas verir ki,  koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlamaq mümkün olacaq. Covid-19 virusuna qarşı mübarizədə xəstəxana fondu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırılmış və bu mubarizədə həkimlərin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyimiz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir və modul tipli 9 xəstəxana istismara verilmişdir. İyulun 29-da Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində Prezident İlham Əliyevin iştirakı ilə modul tipli xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə isə modul tipli xəstəxanaların sayının bütövlükdə 16-ya çatdırılması nəzərdə tutulub. 
        Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Pandemiya dövrü olmasına baxmayaraq şəhid ailələrinə qayğı hər zaman ölkə başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmişlər.  Eyni zamanda bu il rekord sayda məcburi köçkün ailələrinin, 1500 şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin mənzillərlə təmin olunması nəzərdə tutulub. Həmçinin ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir.  Bütün bu layihələrin həyata keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin dövlət siyasətinin  əsasını vətəndaş amili təşkil edir. 
      Fehruzzadə Xatirə Qurban qızı
      Nəsimi rayonu

 

Sizin Reklam Yeriniz