Əlaqə Arxiv
news Image
2020.08.14
13:58
| A A A
Başqa dövlətlərin kölgəsində yaşayan ermənilər

23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan 1991-ci ildə SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir. Və bu müstəqillikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurdu. Çünki Ermənistan Respublikası 1991-ci ildən başlayaraq 1993-cü ilə qədər Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonları işğal etmişdir ,çox gözəl anlayırdılarki, Azərbaycanla tək başına müharibə aparmaq sadəcə bir ağılsızlıqdır. Müharibə şəraiti hal-hazırda da davam etməkdədir.
Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çevrəsində digər ölkələrlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Bütün dünya ölkələrinə məlum idi ki, Ermənistan sadəcə işğalçı bir dövlətdir. Qondarma Dağlıq Qarabağ Respublikası, onun yaradılmasında birbaşa iştirak edən və hal-hazırda rəhbərləri, Qarabağdakı separatçı hərəkatın vaxtilə öndə gedən şəxsləri olmasına baxmayaraq, Ermənistan Respublikası daxil heç bir dövlət tərəfindən tanınmamışdır. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimi yalnız onun özü kimi bəzi tanınmamış separatçı rejimlər tanımışdır.
Bütün bu torpaqlar dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Lakin bütün bunlara baxmayaraq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və ərazisində qonşu dövlətin Ermənistan Respublikası iştirak ilə terrorçu rejimin yaradılmasına göz yumur.
Bütün dünya bilir ki, Ermənistan respublikası olsa da, bu respublikaya məxsus heç bir şey yoxdur, istər ərazi, istərsə də milli irs. Bu respublikanı oğurlanmış hakimiyyət adlandırmaq daha düz olar. Başqa dövlətlərin kölgəsində yaşayan xalq bir gün məhv olacaq və dünya tarixindən silinəcək!

Hüseynova Zeynəb
 Nəsimi rayon gənci.

Sizin Reklam Yeriniz