Əlaqə Arxiv
news Image
2020.09.15
20:40
| A A A
"Gələcəyimizin zəmanəti uğura aparan mövqeyimizə bağlıdır"
        Azərbaycan, gözəlliyi,sərvəti ,qüdrəti ilə hər zaman öndə olan,torpağının altı qızıl, üstü qızıl  bir cənnət diyarıdır.Bu torpağın hikməti  dəyərində ,bu torpağın bərəkəti sərvətində ,qüdrətindədir.Cörəyi  bol ,suyu məlhəm Azərbaycanım ! Hər zaman,hər sahədə  çiçəklənən  doğma yurdum! Özün kimi igid, hünərli ,qabiliyyətli oğul, qızlar yetişdirmisən ki,sərvətinə yiyə durub ,qoruyur,gələcək nəsillərin işıqlı gələcəyinə zəmanət verirlər .Çox nailiyyətlərə nail olmuşuq,olacagıqda. Neft sənayesinin inkişafı, bir çox qeyri neft sektoru üzrə həm  aqrar sahədə ,həm iqtisadi , sənaye  inkişaf sahəsində  uğurlar əldə etmişik . Bu da ölkə daxilində  sənaye və  kimya sənayesi  sahəsində  qazandığımız uğurlar sərvətimizə qatılan sərvətdir  . Əldə olunan nailiyyətlər ,yüksək potensialı kadrların  yetişməsi üçün qoyulan sərmayə, daha uğurlu gələcəyə zəmanət verir .Bu yaxınlarda möhtərəm prezidentimiz İlham Əliyev Sumqayıt Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzinin açılışında çıxış edərək  kadr siyasətinin prioritet ləri haqqında fikir bildirmişdir ki ,bu da xalqımızın , dövlətimizin  həm siyasi, həm iqtisadi baxımından  uğurlu gələcəyə zəmanəti olaraq yüksək səslənir.Sumqayıt şəhəri ümumiyyətlə Azərbaycanın,ümumi Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir .Bu il Sumqayıt şəhərində  şüşə zavodunun isə dusməsi bir daha görülən işlərin böyük potensialından bəhs edir. məqsəd daxili bazarı yerli məhsullarla təmin etməkdən savayı ölkə  üzrə  xarici ixracatın gücləndirilməsidir. Tədiyyə balansının müsbət səviyyədə saxlanılması ucun bizə yuksək ixracatlı ,keyfiyyətli məhsullar istehsal olunmalıdır ki ,ölkənin gəlir  mənbəyinə yüksək təsir göstərə bilsin.Bu işdə Sumqayıt şəhərinin xüsusiilə də Kimya Sənaye Parkının gördüyü işlər böyükdü .Mövcud ,potensial  iş fəaliyyətinə nəzəri baxımdan  istinad edərək bildirmək istəyirəm ki ,Sumqayıt şəhəri bir sənaye şəhəri olaraq sərmayə qoyulması üçün   çox əlverişli bir mövqedədir.Xarici investorların gətirdiyi iş  təcrübəsi bizim potensial gücümüzlə  tam səsləsib ölkəyə yüksək mənfəət ,gəlir əldə etməyə tam zəmanətli ola bilər.Azərbaycan hər sahədə  yüksək  potensial gücə malik ölkədir .Bizim gələcəyə uğurlu keçidimizi reallaşdıran  ,həm siyasi ,həm də iqtisadi potensial gücə malik insan resurslarına ehtiyacımiz  var.Bu da möhtərəm prezidentimizin quruculuq yolunda daim irəli addımlayan inkişafa tərəf tutduğu mövqedən bəhrələnərək uğurlu bir işin təşkilinə çevrilib və fəaliyyətdədir .Artıq bir çox potensiallı kadrlar yetişdirilib ki,bu da böyük uğurlarımızdan biridir  .Daim uğur qazanacağınıza əminlik bəxş edən inkişafımızın arxasındayıq .Onu dəstəkləyir, irəliləməsi üçün hər cür çətinliyin öhdəsindən gələcəyik .Yetər ki ,hər sahədə olduğu kimi, bu sahədə də Prezidentimiz İlham Əliyevin yanında olaq,birgə çalışaq,gələcəyimizin xoşbəxtliyinə zəmanət verə bilək .
Ağalarova Təranə 
Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz