Əlaqə Arxiv
news Image
2020.09.29
22:56
| A A A
Dövlət, Xalq, Ordu Birliyi

Dövlət, Xalq, Ordu milli həmrəyliyin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Bu günlərdə göründüyü kimi xalq orduya inanır, ordu xalqa güvənir. Yaradılan nümunəvi şəraitin və hərbi xidmətin düzgün təşkilinin, yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının Silahlı qüvvələri hüquq normalarını kobud surətdə pozaraq müxtəlif növ silahlardan və ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar var. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, uşaqları, qadınları, qocaları hədəf alır. İşğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Ermənistanın hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsi, rabitədən istifadə, telekommunikasiya şəbəkə qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir. Biz çox güclüyük. Bizim çox güclü ordumuz var. Bu ordunun gücü sayəsində biz işğalda olan 20% torpaqlarımızı geri qaytaracağimiza inanırıq və əminik. Belə vətənpərvər xalq, belə güclü ordu, belə güclü rəhbərlik ilə tezliklə illərlə yolunu gözlədiyimiz torpaqlarımızda uğurumuzu qeyd edəcəyik. Bu savaşın sonu bizim uğurumuzla bitəcək.
  Gələcəyin bir Tarix müəlliməsi olaraq, gələcək nəsillərə bu şanlı tarixi qürurla danışacağım günləri böyük bir həvəslə gözləyirəm.

Nəsimi rayon gənci
Cəfərzadə Məftunə

Sizin Reklam Yeriniz