Əlaqə Arxiv
news Image
2020.09.29
23:35
| A A A
Bütün xalqın birliyi!
Dünyada müxtəlif yönümlü   900- ə yaxın partiya mövcuddur. Azərbaycanda isə 52 siyasi partiya fəaliyyət göstərir. 90-cı illərdə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi siyasi plüralizmin və çoxpartiyalılığın formalaşmasına güclü təsir etdi.
  52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında oldular. Həmin bu partiyalar Prezidentimizin siyasi tədbirlərini dəstəklədilər. Onlar bu bəyanatı Qarabağın azad olunması uğrunda imzaladılar. Siyasi partiyaların şəhidlərimizin qanı yerdə qalmaması üçün birləşməsi bütün Azərbaycan xalqını sevindirdi. Bu birləşmə düşmənlərimizə bir daha göstərdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı bölünməzdir. Bu gün nəinki partiyalar, bir çox dövlətlər bizim üçün birləşib. 
  Bütün dünya Azərbaycan xalqını dəstəkləyir. Çünki biz haqqımızı tələb edirik. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz bizim olanı istəyirik. Bilirik ki, tez bir zamanda həsrətlə gözlədiyimiz torpağımızın azad olunması xəbərini eşidəcəyik. Azərbaycan Ordusu öz qələbəsini çalacaq. Çox az qalıb, bir erməni belə olsun torpağımızda tapılmayacaq. Bu çətin dönəmdə ancaq və ancaq Ali Baş Komandanımızı dəstəkləməliyik. Ona arxa-dayaq olmalıyıq. Təkcə bu yolla qələbəmizi çala bilərik. Qələbə bizimlədir!
Nəsimi rayon gənci
Hüseynli Elşən Adil oğlu 
Sizin Reklam Yeriniz