Əlaqə Arxiv
news Image
2020.10.01
18:59
| A A A
Azərbaycan əsgəri xilaskar əsgərdir!


Azərbaycan əsgəri öz dogma torpağında vuruşur və haqq yolunda yaralanır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu iləyaşayırlar ki, tezliklə sağalıb döyüş bölgələrinə getsinlər, vətən uğrunda savaşını davam etdirsinlər. Dönüb keçmiş dövlətçilik ənənələrinə nəzər salsaq ordunun mühüm, bir o qədər də taktiki və qayğı tələb edən siyasət olduğunu görə bilərik. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb.
     Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən Günnüt zəfəridə ermənilərdə ciddi narahatlıq yaradıb. Bu o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan ordusu onu məhv edə bilməsin. Ordumuzun gücü gündən-günə artır. Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazimi dəstək göstərilir, onların məişət problem həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır. Azərbaycan Respublikasının Birinci vitse – Prezidenti Mehriban xanım Əliyevanın əsgərlərlə görüşü zamanı kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. 
     Bu gün Azərbaycan oğulları sevə-sevə torpaqlarımızı ermənilərdən təmizləməyə gediblər. Bütün analar və atalar fərəh hissi ilə dogma övladlarını yola salırlar. Hərkəs bilir ki, müharibədə şəhid və qazi ola bilər. Bütün gənclər bu adı qazanmaqdan heçdə çəkinmirlər. Lakin biz inanırıq ki, gənclərimiz qələbə çalacaq və qazi olmuş, şəhid olmuş gənclərin qanını yerdə qoymayacaqlar. Bu gün ölkə Başçısı tərəfindən bütün təbəqələrdən olan insanlara çox böyük diqqət var. Bu diqqət və qayğı gənclərimizi daha da ruhlandırır və daha da güc verir. Biz gənclər də hər zaman olduğu kimi cənab prezidentimizin yanındayıq və son damla qanımızadək onun verdiyi əmrləri yerinə yetirməyi özümüzə borc bilirik. Bütün bu günkü ağrılar və acıları tez bir zamanda unudacağımıza inanırıq. Hər birimiz birlikdə Qarabağda, Şuşada qələbəni qeyd edərək, bütün gücümüzü və sevincimizi bütün dünyaya göstərəcəyik. Onu da qeyd edim ki, bizim əsgərlər xilaskar əsgərdir. Bu əqidə də bizi qələbəyə aparır.
Bağırova Günel
Nəsimi rayon sakini

Sizin Reklam Yeriniz