Əlaqə Arxiv
news Image
2020.10.01
20:33
| A A A
Hərbçilərimizin cəsarəti düşmənlərimizi qorxuya salır

     Ölkəmizdə hərbçilərə, əsgərlərə hər bir vətəndaş tərəfindən xüsusi hörmət və ehtiramla yanaşılır. Onların bizim bu günümüzdə belə rahat şəkildə isti evlərimizdə yaşamağımızda misilsiz rolu vardır. Eyni zamanda vətəni uğrunda canından keçən şəhidlərimiz də var. Onlar bu xalqın qürurudur, fəxridir. Onlar xalqımız və torpaqlarımız uğrunda  var gücü ilə düşmınlə savaşır. 
Bildiymiz kimi sentyabrın 27-dən düşmən ölkə Ermənistanla müharibə şəraitimiz yenidən canlanmışdır.Və bu muharibə ərzində yenə də öz vətəni,torpağı üçün canından keçən hərbçilərmiz,əsgərlərmiz var.Həmçinin Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərimiz də vardır ki, sentyabrın 30-da Cənab Prezidentimiz İlham Əliyev və birinci  Xanım  Mehriban  Əliyeva onları  ziyarət etmişdir.Bu ziyarətdə Mehriban xanım Əliyeva əsgərlimizin qəlbindəki vətən sevgisini gördükdə sevincdən  göz yaşlarına hakim ola bilməmişdir.
Cənab İlham Əliyev hərbiçilərlə goru.ündə demişdir:
“Dövlətimizin başçısı görüşdə olan çıxışını sizlərə təqdim edirik.
 Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik.
Mayor Etibar Camalov da çıxış edərək demişdir: “Cənab Ali Baş Komandan, cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəri düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də, hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətli sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizə çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçü yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağ olun”.
Bəli, Cənab Prezidentimizin və Mayor Etibar Camalovun da vurğuladığı kimi, hər bir Azərbaycan oğlu vətəni, torpağı uğrunda döyüşə hazırdır. Biz haqq uğrunda savaşırıq və bu savaşda canımızdan keçməyi özümüzə şərəf bilirik. Hər bir Azərbaycan vətəndaşı bir yumruq olub, həmrəy olub Azərbaycanın qələbə xəbərini səbrsizliklə gözləyir. Bitsin artıq bu həsrət. Şanlı ordumuzun şücaəti sayəsində tez bir zamanda öz  doğma Qarabağımıza qovuşacağıq. Biz heç kimdən və heç nədən qorxmuruq! Çünki biz haqq yolundayıq. Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır!.

Nəsimi rayon gənci,Azərbaycan Dillər Universitetinin 
Tələbəsi İbadova Günay Elşən qızı.

Sizin Reklam Yeriniz