Əlaqə Arxiv
news Image
2020.10.01
21:21
| A A A
İşimiz haqq işidir, qələbə bizimdir
Bildiyimiz kimi sentyabrın 30-da Prezident İlham Əliyev Hərbi Klinik Hospitalda yaralı əsgərlərimizə baş çəkmiş, onlara Allahdan şəfa diləmiş və onlara göstərilən diqqət və qayğı ilə maraqlanmışdır. Bu da öz növbəsində hərbçilərimizdə ruh yüksəkliyi yaratmış və Ali Baş Komandana sağalan kimi yenidən cəbhə bölgəsinə getmələrini bildirmişlər. Cənab Prezident İlham Əliyev xüsusi ilə vurğulamışdır ki, biz öz torpaqlarımızda vuruşuruq və bu haqq yoludur. Biz inanırıq ki, tezliklə tarixi torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik. 
Cənab Prezidentimiz dövlət tərəfindən Qarabağ qazilərinə və şəhid ailələrinə  mütəmadi olaraq  mənzillər verildiyini və əlavə imtiyazlardan da yararlandıqlarını bildirmişdir.
Cənab Prezidentin : “Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir.” sözləri  əsgərlərimiz tərəfindən rəğbətlə qarşılandı.
Hospitalda yaralı  əsgərlərimiz yenə də deyirlər ki, istəyirik tezliklə buradan çıxaq gedək döyüş bölgələrinə. Bu, Azərbaycan xalqının ucalığıdır. Əminliklə deyirəm  ki, bizim xalqımız nə qədər dəyərlidir, mətindir, vətənpərvərdir.
Gülnarə Hacıyeva
Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz