Torpaq uğrunda ölən varsa Vətəndir
Bildiyimiz kimi son günlərdə cəbhə xətti istiqamətində vəziyyət gərginləşib. Erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Uğurlu keçən bu əməliyyat nəticəsində Ermənistan tərəfi çox sayda itkilər verib. Böyük üstünlüyümüz olan bu döyüşdə bizim də yaralı əsgərlərimiz var.
Həkimlərimiz yaralı əsgərlərimizin yanındadır və onlara lazımi köməklik göstərməkdədir. Həkimlərin bildirdiyinə görə əsgərlərimiz tezliklə sağalacaq və digər əsgər yoldaşlarının yanına qayıdacaq. Yaralı əsgərlərimiz də tezliklə sağalıb vətən uğrunda əzmli döyüşə qayıtmağa can atırlar.
Şəhidlər bizim qəhrəmanımızdır. Ölkəmizdə şəhid ailələrinə xüsusi diqqət ayrılır. Prezidentimizin göstərişinə əsasən Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş hər bir ailə mənzillə təmin olunur. Həmçinin Qarabağ qazilərinin mümkün problemləri həll olunur. Bu bizim dövlətin Qarabağ döyüşçülərinə olan hörmətinin, vətən sevgisinin göstəricisidir.
Müharibə zamanı hər iki tərəfdə yaralı əsgərlər var. Amma qətiyyən bizim yaralı əsgərlərimizi erməni əsgərləri ilə bir tutmaq olmaz. Bizim əsgərlərimiz vətənimizi xilas etmək uğrunda yaralanır, erməni əsgəri isə işğal edərək.
Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib. Bu qələbəmizin ilk addımlarıdır. Ordu və xalq qələbəmizə inanır. Hamıda ruh yüksəkliyi var.
İndiyə qədər bəzi ölkələr münaqişənin həlli üçün tərəfləri dialoqa çağırır, sülh yolu ilə həll olunmasını tələb edir. Lakin bunların hamısı yersizdir. 30 il ərzində danışıq üsulu heç bir nəticə vermədiyi üçün prezident İlham Əliyev bu gərəksiz çağrışların heç birinə önəm vermir.
Bizim ordumuz hərbi qaydalara əməl edərək yalnız hərbi texnikalara, bölmələrə atəş açır. Amma təəssüf ki, ermənilər bizim mülki vətəndaşlarımıza atəş açaraq onların həyatlarına son qoyur. Bu onların nə qədər eybəcər bir ölkə olduğunu göstərir. Azərbaycan heç bir zaman mülki əhaliyə zərər vurmur.
Baş verən hadisələr nəticəsində 30 sentyabr tarixində prezidentimiz Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə olaraq yaralı əsgərlərimizlə hospitalda görüşüblər. Prezidentimiz əsgərlərimizə hər şeyin yaxşı olacağını, tezliklə Qarabağın bizim olacağını deyərək, onların tez sağalmasını diləyib. Görüş zamanı Mehriban Əliyeva kövrələrək göz yaşlarına hakim ola bilməyib. Bu bizim vitse-prezidentimizin nə qədər mərhəmətli olmasının, vətənimizə olan böyük sevgisinin göstəricisidir.
İslam Məmmədov
Nəsimi RİH könüllüsü