Əlaqə Arxiv
news Image
2020.10.01
23:31
| A A A
Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır

     Vətən torpaqlarımızda bizə qarşı Ermənistan tərəfi 27 sentyabrdan başlayaraq müxtəlif təxribatlar törətməyə cəhd etmişdir.Düşmən təxribatları nəticəsində bir neçə hərbçilərimiz xəsarət almış və Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında mulaicə olunan yaralı hərbçilərlə görüşmüşdür .Əfsuslar olsun ki  bu təxribatlar səbəbindən  bizim yerli dinc sakinlərimizə də ziyan dəymişdir .Onlardan 13 nəfəri həlak olmuş, 40 dan çox mülki şəxs yaralanmış və 168 ev dağıdılmışdır.Bütün bu yaşananlar ermənilərin necə faşist, islamafobiyalı, Azərbaycanafobiyalı olduğunu göstərir və düşmənin qorxaqcasına döyüşü hərbi arenada deyil dinc sakinlərlə etməyi ermənistanın faşist sifətini göstərir.Ancaq düşmənin bu təxribatlarına baxmayaraq Azərbaycan dövləti, xalqı və əsgəri haqq-ədalətin bərqərar olması üçün hər zaman bir-birinə dəstəkdi. Dövlətimiz hər zaman öz hərbçilərinin, qazilərinin, şəhid ailələrinin yanındadır və şəhid ailələri üçün dövlət tərəfindən bu il 1500 mənzil veriləcəkdir.Qarabağ qazilərinin də məişət problemlərinin həll olunmasında dövlət öz dəstəyini göstərir. Həmçinin həkimlərimiz yaralı əsgərlərimizə böyük qayğı göstərir və onların tez bir zamanda sagalaraq yenidən vətən torpaqlarımız uğrunda döyüşlərə qatılması üçün əllərindən gələni edirlər.                         
       Prezident İlham Əliyev Ermənistanın yeni torpaqlar uğrunda mübarizə başlamağı barədə bütün ictimaiyyətə bildirmişdi. Həmçinin Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnamənin heç birinə əməl etməyərək işğalçılıq siyasətini davam etdirir və Azərbaycan 30 ilə yaxındır bu münaqişənin sülh yolu ilə həllinə çalışmışdır, lakin Ermənistan danışıqlar prosesindən həmişə imtina etməyə çalışmışdır. Bütün bu proseslərdən sonra düşmən tərəf doğma torpaqlarımızı azad etmək üçün bizə başqa yol buraxmadı. Bu gün ordumuz şanlı qələbələrlə torpaqlarımızı azad etməyə davam edir . 
      Prezident İlham Əliyev öz çıxışlarında hər dəfə "biz öz torpaqlarımızda döyüşürük" deyərək düşməndən fərqli olaraq beynəlxalq qanunları pozmadığımızı bir daha diqqətə çatdırmışdır.Siyasi müstəvidə beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanımışdır, həmçinin tarixi mustəvidə də Qarabağın Azərbaycanın ayrılmaz, əzəli, əbədi  torpağı olduğunu görmək mümkündür. Azərbaycanın haqq yolunda mübarizəsində  xarici ölkələrdən xüsusilə qardaş ölkələrdən olan vətəndaşlar məktubları vasitəsilə də öz dəstəyini bildirirlər. Torpaqlarımızı geri almaqda heç bir qüvvə bizə mane ola bilməyəcək, çünki bizim güclü ordumuz, güclü birliyimiz var.
Zidan Həsənli
Nəsimi RİH Könüllüsü 

 

Sizin Reklam Yeriniz