Güclü və rəşadətli ordumuzun son günlərdə əldə etdiyi qələbələrdən demək olar ki , bütün dünyanı , o cümlədən mənfur düşmənimiz olan erməni xalqını lərzəyə salmışdır . Bu dəqiqə erməni xalqı , bu güclü şahinlərimizin hücumlarından və dəqiq hədəflərindən çəkinir və bir sıra ölkələrdən , sanki nimdaş geyimli bir dilənçi kimi kömək dilənir , hətta hərbi yardım üçün dəfələrlə Rusiya , Fransa və sairə kimi ölkələrin prezidentlərinə zəng edir , lakin bu zəngləri hər dəfəsində olduğu kimi uğursuz olaraq , cavabsız qalır . Biz indi dəfələrlə erməni xalqının , Ermənistanın zəif ordusunun ,hətta könüllü olaraq səfərbərliyə çağırdığı yaşlı insanlarının, qadınlarının belə cəsarətsizliyinin şahidi oluruq . Azərbaycanı , Türkiyəni , İtaliyanı, Serbiyanı, Ukraynanı, Pakistanı hətta qarşı tərəf olan Ermənistanı və ona tərəfdar çıxan, daim bu ictimai birliyə öz dəstəyini əsirgəməyəcəyini söyləyən Fransız hakimiyyətini bir masa arxasında olduğunu fərz etsək , görərik ki , bu 2 ölkə açıq kartlarla oynamaqdan çəkinir və bir küncdə həmişə olduğu kimi sıxılıb qalaraq , yalanlar, şaiələr, aqroniyalar yaymağa başlayır . Bəli bu gün Ermənistanın iyrənc yalanları bizə tərəfdar olan dövlətlərdə Turan obasının türk övladlarının gülüş hədəfinə çevrilir . Ermənistan bu Qarabağ məsələsində mübaliğə olmadan belə bir bənzətmə edə bilərik ki, sanki valideynlərinin qarşısında günahkar olmasına rəğmən , yenə də onlardan kömək gözləyən körpəyə bənzəyir . Buna əks olaraq bir şeyi qeyd etsək tam dəqiq , üstəlik qərəzsiz yerinə düşər . Bizim şanlı tariximizə nəzər salsaq görərik ki , 15 yaşında hakimiyyətə gəlmiş və güclü Səfəvi dövlətinə başçılıq etmiş Şah İsmayıl heç kəsin yardımı olmadan əsaslı olan və xalq üçün , kəndlilər üçün faydalı və uğurlu islahatlar aparır, o cümlədən işğal proseslərində belə əlavə yardım olmadan uğurlu olurdu. Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev “TRT-Haber” kanalına verdiyi müsahibəsində Qarabağ mövzusu barədə açıq-aydın olaraq , sualları dəqiqlik və qərəzsiz cavablandıraraq söyləyir :”Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam.” Bəli , biz gün gülcü və həmrəylik nümayiş etdirən xalq olaraq prezidentimizin yeritdiyi siyasəti dəstəkləyir və ona arxalanarıq .
Nəsimi rayon gənci Azərbaycan Dillər Üniversitetinin tələbəsi
İbrahimova Günay Ədalət qızı