Əlaqə Arxiv
news Image
2020.10.16
21:10
| A A A
Azərbaycan xalqı öz torpaqlarını bütövlükdə azad edəcək
Ermənistan dövləti məğlubiyyətə uğradıqca çirkin əməllərə əl atır. Onların ötən günlərdə Gəncə şəhərinə etdiklərini buna misal göstərmək olar. Azərbaycan xalqı bu vəhşiliyi sanki ikinci dəfə yaşadı. Biz bunu Xocalı faciəsində görmüşdük. Nəzərinizə çatdırmaq istərdim ki, məhz həmin Gəncə terrorunda, neçə-neçə yaralılar və ölənlər olmuşdu. Eynilə, Xocalı faciəsində olduğu kimi. Bu vəhşilikləri Erməni xalqı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma həyata keçirir. Bu birbaşa cinayətdir, qanunsuzluqdur. Beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Ermənistan iyul ayında da heç bir səbəb olmadan Tovuz rayonunu atəşə tutdu, nəticədə əsgər və zabit heyətimiz şəhid oldu, mülki əhalimiz həlak oldu. Bu onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən planlı şəkildə pozur. Ermənistanın öz ərazisindən Azərbaycana atəş açır. lardan başqa , heç kim edə bilməz. Bildiyimiz kimi, Moskva danışıqlarında hər iki tərəf barədə eyni qərar verilmişdi. Azərbaycan dövləti bu qərara əməl etdi, lakin Ermənistan dövləti bunun, tamamilə, əksini etdi. Öz məğlubiyyətini dinc əhalidən çıxarmaq istədi. Mən belə düşünürəm ki, Ermənistan Prezidenti Paşinyan nə edəcəyini bilmir. O, siyasi fikirlərə, düşüncələrə malik deyil. Hər bir rəhbər, hər bir idarəçi sözsüz ki, müəyyən təcrübəyə malik olmalıdır. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların təcrübələri yoxdur. Buna misal olaraq, Ermənistan dövlətinin Prezidentini göstərmək olar. Paşinyan küçədən gələn bir adamdır. Onun təcrübəsizliyi ucbatından, hazırda dövlət uçuruma gedir. Qeyd etmək istərdim ki, Türkiyə Azərbaycan dövlətinə həm maddi, həm də mənəvi baxımından hər zaman yanında olmuşdur. Bununla yanaşı, Azərbaycanı dəstəkləyən bir sıra dövlətlər də vardır ki, bunlar, Pakistan, Ukrayna, İsrail, Moldova, Əfqanıstan və s.dir. Bu gün Azərbaycan tam başqa ölkədir. Bu gün gənclərimiz müstəqilliyimiz uğrunda canla-başla əllərindən gələni əsirgəmirlər. Ordumuz düşmənlə cəbhədə torpaqlarımızın azadlığı uğrunda vuruşarkən, gənclərimiz də onlara sosial mediyada dəstək olurlar. Xain hücumlar heç bir zaman bizi yolumuzdan döndərə bilməz. Mənfur düşmən elə bilir ki, onların xain zərbələri bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, və bu yolu davam edirik. Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi Əliyeva Zenfira Taleh qızı
Sizin Reklam Yeriniz