İki cəbhədə döyüşən Azərbaycan çox aqır bir sinaqla üz-üzədir.Bir tərəfdən ğunü- gündən xəstə sayı artan Covid-19 pandemiyası,bir tərəfdən də erməni rəzilliyinin nəticələri.Bir tərəfdə tibb işçilərimizin xəstələrlə üz-uzə ölüm -dirim vuruşu, , o biri tərəfdə isqal olunmuş torpaqlarımızı təmizləyən əsgərlərimizin can davası qan savaşı.Amma xalqımızın birliyi o qədər sarsılmazdır ki,üçüncü cəbhəyə də sinə gərər.Xalqimizin doyüş ruhu , qələbə əzmi o qədər güclüdür ki,qarşımızda dura biləcək heç bir sədd yoxdur.Cunki Ordumuzun Ali Baş Komandanı hörmətli prezidentimiz İlham Əliyevin hər cəsarətli çıxışı nəinki düşmənin qəlbinə vəlvələ salır,onlara havadar çıxan tərəfdaşları da silkələyir,düşünməyə vadar edir.Xalq və dövlətin möhtəşəm birliyi , ordumuzun rəşadətli qalibiyyət addımları bütün dünyanı mat qoyur.Prezidentimizin sözü ilə desək" Biz haqq yolundayiq "Düşmən isə hər dəfə özünün nə qədər məkrli siyasət yurutduyunü , heç bir beynəlxalq hüquqa siqmayan hərəkətləri ilə müharibənin qayda və qanunlarına heç zaman riayət etməyən bir tərəf olduqunu sübut edir.Otuz ildən artıq xalqımıza qarşı edilən bütün vəhşiliklərə göz yuman, guya insan haqlarını qoruyan amma əslində yalnız adı olan bu təşkilatlar cəbhəboyu rayonlara atılan raketləri,öldürülən və yaralanan mülki şəxsləri daqidilan evləri həmişəki kimi görməzdən gəlir, növbəti erməni terroruna qurban gedən körpələrin ölümünə biganə yanaşırlar.Ordumuz isə xalqın və prezidentimizin inamından ruh alaraq dalbadal isqal olunmuş əraziləri geri qaytarır,düşmən əsgəri arxasına baxmadan qaçır, fərarilik edir.Biz bu Vətən müharibəsində yalqız deyilik.Həmisə Azərbaycanın yanında olan Türkiyə,bizim haqq savaşında olduqumuza əmin olan Pakistan və digər dövlətlər bizi dəstəkləyir. Tutduğumuz bu yol zəfər yoludur.Səhidlərimizin tökdüyü qan yerdə qalmayacaq.Var olsun dövlətimizin və xalqımızın birliyi.! Heç zaman sarsilmasin !
Mamedova Elnurə
Nəsimi rayonu