Mərkəzi Bankın valyuta ehtiyatları artıb
2021-ci il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,46 milyard dollar təşkil edib.
Movqe.az bildirir ki, bu barədə Mərkəzi Bankın hesabatında məlumat verilir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 1,5 faiz və ya 92,8 milyon dollar artıb.