Əlaqə Arxiv
news Image
2014.05.18
10:00
| A A A
Mayın 18-nə olan astroloji proqnoz

QOÇ– Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

BUĞA- Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Nahardan sonra isə büdcənizdə artım gözlənilir.

ƏKİZLƏR- Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.

XƏRÇƏNG- Həmkar və ya qonşularınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməməlisiniz. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.

ŞİR– Bütün göstəricilər ilk növbədə səhhətinizə fikir verməyi məsləhət görür. Bunun üçün öncə əsəblərinizi qorumalı, hər dedi-qoduya fikir verməməlisiniz. Küçədə az görünün.

QIZ- Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

TƏRƏZİ- Təxminən saat 12-yə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Nahardan sonra nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.

ƏQRƏB– Düşərli gündür. Ürəyinizə yaxın adamlarla bir araya gəlmək, Tanrı qanunlarına riayət etmək yaxşı olardı. Bu gün hər hansı işgüzar sövdələşməni təxirə salmalı, qidanıza fikir verməlisiniz.

OXATAN- Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

OĞLAQ- Qarşılıqlı münasibətlərdə səmimi olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.

SUTÖKƏN- Qəlbinizin məhəbbət guşəsinə baş vurmağınızı təvəqqe edən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

BALIQLAR- Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Sizin Reklam Yeriniz