Əlaqə Arxiv
news Image
2014.05.31
08:00
| A A A
Mayın 31-nə olan astroloji proqnoz

Qoç- günün emosional fonu stabil deyil. Gərgin anlar, əsəblərin tarıma çəkilməsi istisna deyil. Dəyərli saydığınız insanla münasibətləri korlamayın. Ailədə də maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər. Sakit olun, soyuqqanlı davranın. Hər şey gözlədiyiniz kimi olmasa, təmkinli qərar verin. Vurnuxmalara aludə olmayın.

Günün ikinci yarısında tərəfdaş və ya şərik sizinlə məsləhətləşmədən "müstəqil" hərəkət etmək istəyəcək.

Yeni işlərə başlamaq yorucu və çətin olmayacaq. Təxəyyülünüzü işə salın. Yaradıcılıq potensialınız yüksəkdir. İdeyalarınız da pis deyil.

Buğa- indiyədək yararlanmadığınız bilik, bacarıq və ya informasiyadan istifadə etməyi unutmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ciddi dəyişikliklər olacaq. Sizə sayğı artır. Fikir və açıqlamalarınıza diqqətlə qulaq asacaqlar. Bu isə şəxsi problemlərinizi həll etməyə imkan verəcək.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki ağrılar kəskinləşəcək. Gəzinti, idmanla məşğul olmaq, fiziki əmək üçün əlverişli zaman deyil.

Əkizlər- yeni işlərə və ya layihəyə başlamaq olar. Maraqlı proseslər yaşanacaq. Dəyər verdiyiniz, rəğbət bəslədiyiniz insanlardan birindən xoş xəbər alacaqsınız. Səfər, səyahət və ya şəraitin dəyişdirilməsi üçün əlverişli zamandır.

Günün ikinci yarısında evdə, ailədə kiçik anlaşılmazlıq yaranacaq. Sizin üçün dəyərli əşya və ya mühüm sənədin itməsi istisna deyil. Maliyyə məsələləri ilə bağlı vədlər verməyin. Pullarınızın qədrini bilin. Əks təqdirdə bədxərcliyin pis fəsadları ilə qarşılaşa bilərsiniz.

Xərçəng- yaxın ətrafınızdakı insanların sizdən gözlədikləri qərarı qəbul etmək asan deyil. Amma geriyə yol yoxdur. Yalnız irəliyə doğru hərəkət edin. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq.

Günün ikinci yarısında pula görə yaxınlarınızla mübahisələr yarana bilər. Buna əsla yol verməyin, əks təqdirdə peşman ola bilərsiniz.

Sizi narahat edən problemlər və çətinliklər barədə açıq danışmaq məsləhət deyil. Belə davranış münasibətlərə zərərdir. Sözlərinizin əksəriyyəti yaxın ətrafınızdakı insanlar tərəfindən əsassız tənqid kimi qəbul olunur.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək.

Şir- problemlər az deyil, çətindir. Lakin onları çözməyə hazır olun. Fəqət, ilk əvvəl enerjinizi hansı istiqamətə yönəldəcəyinizi müəyyənləşdirin. Fəaliyyətin məcrasını və yönünü dəqiqləşdirəndən sonra çalışmağa başlayın. Günün ilk yarısında yanlışlıqlar, səhvlər ola bilər. Naqolay vəziyyətə düşə bilərsiniz.

Günün ikinci yarısında təxribatlara uymayın. Mühüm qərarları təkbaşına qəbul etməyin. Sizdən sui-istifadə etmək, manipulyasiya hədəfinə çevirmək istəyən insanlar var.

Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Amma ciddi narahatlıq üçün səbəb yoxdur. Özünüzü qoruyun, həddən artıq çalışaraq ifrat yorğunluğa düçar olmayın. Əhvalınızı korlamayın.

Qız- rəğbət bəsləmədiyiniz, xoşagəlməz fərdlə görüşməli olacaqsınız. Bu insan vaxtilə sizə pislik etmişdi. Ünsiyyəti minimum səviyyəyə endirməyə çalışsanız da, mümkün deyil. Yaramaz insanlarla birlikdə çalışmalı olacaqsınız.

Səbrli, təmkinli davranın. İmpulsiv hərəkətlər etməyin.

Günün ikinci yarısında maliyyə problemləri yaşana bilər. Hesabların ödənilməsi, köhnə borcların qaytarılmasında çətinliklər var. Ədalət carçısı olmağa çalışmayın. İnsanlar barədə sərt və aqressiv danışmayın.

Tərəzi- işlər və layihələr üçün uğurlu gündür. Yaxın tərəfdaşınızın dediklərinə laqeyd qalmayın. Dəyər verdiyiniz insana hissləriniz, planlarınız barədə danışın. Qapalı qalmayın, emosional olmayın.

Yaxınlarınızdan birinin qayğıya kəskin ehtyiacı var.

Günün ikinci yarısında gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Tanışlarınızdan biri sizinlə maraqlı ideyanı bölüşəcək, həmin ideyanın reallaşdırılmasında sizə yardım etməyə hazır olduğunu deyəcək. Sərfəli anlaşmaya və ya sifarişə nail olmaq şansı var. Çox ucuz qiymətə gərəkli əşya ala bilərsiniz.

Əqrəb- tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Bu gün hər şey ilk baxışdan göründüyü təki sadə deyil. Sizə qarşı hazırlanmış çirkin intriqanı faş etmək, bədxah və rəqiblərinizin yeni oyunlarının qarşısını almaq şansınız var. Çoxdan bəri agah olmaq istədiyiniz sirri əyan edəcəksiniz.

Günün ikinci yarısında qəflətən gələn xəbər sizi nigaran qoyacaq, təlaşlandıracaq. Xəbər qohumlarınızdan biri ilə bağlıdır.

Ailə və məişət qayğılarının həlli böyük xərcə səbəb olacaq. Simiclik etməyin, pulları dürüst yerə xərcləyin.

Oxatan- yeniliklər və novasiyalar çox olacaq. Aldığınız informasiyaları unutmayın - onlar gərəyiniz ola bilər. Maliyyə problemlərinə görə əhvalınızı pozmayın. Onları təxirəsalınmaz şəkildə, sürətlə həll etməyə çalışın. Köhnə dostlardan birindən və ya qohumdan yardım ala bilərsiniz. Səfərlər və şəraitin dəyişməsi ilə bağlı təklifləri qəbul edin.

Bu təkliflərdə xeyir var.

Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişli deyil. Sevdiyiniz insanla mübahisə etməyin. Qayğıkeş və diqqətli olun.

Axşam saatlarında hələlik hazır olmadığınız çətin seçim etməli olacaqsınız.

Oğlaq- işlər çox olacaq. Günün ortalarına yaxın ciddi yorğunluq hiss edə bilərsiniz. Yaxın ətrafınızdakı insanların yardımlarına bel bağlamayın. Yardımlar olacaq, amma istədiyiniz dəstəyi ala bilməyəcəksiniz. Gözləntilər özlərini doğrultmayacaq.

Günün ikinci yarısında sevdiyiniz insanın açıqlaması sizi çətin vəziyyətdə qoya bilər. Bəzi insanlarla münasibətlərin davam etdirilməsi ilə bağlı şübhələr yaranacaq.

Dostlardan biri ilə mübahisənin münaqişəyə çevrilməsinə imkan verməyin. Belə problem təmaslarda qarşılıqlı sərinləşməyə səbəb ola bilər.

Müstəqil çalışsanız, özünüzü rahat hiss edəcəksiniz. Amma belə situasiya sizi tezliklə usandıra bilər.

Dolça- gün o qədər də yaxşı başlamayacaq. Səhər saatları çoxsaylı sınaqlar və çətinliklər zamanıdır. Yaşananların öhdəsindən gəlin, problemləri həll edin. Yetərincə yorulacaqsınız. Bir qədər istirahət edin, açıq havada gəzişin. Əks halda emosional durumunuz pisləşə bilər.

Günün ikinci yarısı anlaşma, sövdələşmə və müzakirələr üçün əlverişli deyil. Bədxrclik etməyin, pullarınıza qənim kəsilməyin. Yalnız gərəkli əşyaları alın.

Kiçik səfərlər pis alınmayacaq. Amma uzaq yola çıxmayın.

Balıqlar- gərgin, mürəkkəb gün olsa da, işlərin öhdəsindən gələ bilərsiniz. İntuisiyanız kəskin olsun. Yaranan probelmlərin daha effektiv, enerji və qüvvənin daha az sərf olunduğu həll variantalarını seçin.

Gəlirlər, qiymətli hədiyyələr istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla aktiv ünsiyyətdə olun. Axşam saatları romantik görüşlər və dostlarla ünsiyyət üçün yararladır. Evdə qalsanız belə, qəmlənməyəcək, darıxmayacaqsınız.

Sizin Reklam Yeriniz