BÜRCLƏR - 2 İYUl
Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- şərtiliyi bir kənara atın.
Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız,
səyləriniz uğurla başa çatacaq. Sürətlə çalışın, tez qərarlar qəbul
edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur. Günün
ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı
kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə
nüansları mürəkkəbləşdirməyin. Həddən artıq emosionallıq əhvalınıza
mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv
fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın.
Ailəvi istirahətə üstünlük verin. |
Buğa- gün ərzində diqqəti əldən
verməyin. Fatalist olmayın, hər şeyi taleyin ümidinə buraxaraq
ətalətlə davranmayın. Əzmkar olsanız, çətin problemlərin öhdəsindən
gələ bilərsiniz. Kimsədən çəkinməyin, qorxmayın. Günün ikinci
yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı inama və
etibara əsaslanmış təmaslar qurun. Yaxınlarınızla münasibətləri
aydınlaşdırmağa çalışmayın. Köhnə inciklikləri xatırlayaraq işgüzar
tərəfdaşla mübahisələrə rəvac verməyin. Axşam saatlarında normal
istirahət edin. |
Əkizlər- bu gün sözlər yox, əməllər
önəmlidir. Borcları ödəyin. Kreditlərlə bağlı ödənişləri
gecikdirməyin. Maliyyə öhdəliklərinizi unutmayın. Nəzərdə
tutulmamış, qəfil alış üçün böyük məbləğdə pula ehtiyac yarana
bilər. Günün ikinci yarısında uğura nail olmaq istəyirsinizsə,
məsləhətlərə qulaq asmayın. İşin öhdəsindən yaxşı bildiyiniz üsul
və vasitə ilə gələ bilərsiniz. Uzaqgörən olun, sizi gözləyən
təhlükələri təxminləməyi bacarın. Axşam saatlarını evdə keçirmək
əvəzinə ailə üzvlərini də götürüb, təbiət qoynuna
yollanın. |
Xərçəng- adi, gündəlik qayğıların çözümü
və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz
fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli
anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və
ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək.
Təəssüflənməyin. Günün ikinci yarısında yaxınlarınızla
münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin.
Yarımçıq qalmış işi başa vurun. Axşam saatlarında əyləncə məkanına
yollana bilərsiniz. Ehtiyatı əldən verməyin. |
Şir- vurnuxma, tələskənlik, əsəblərin
tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin
sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun.
Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə,
maneələri keçməyə imkan verəcək. Günün ikinci yarısında
yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə
xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr
edin. |
Qız- proseslər və baş verən hadisələr
sizdən həm əqli, həm də fiziki aktivlik tələb edir. Az danışıb, çox
iş görün. Qarşınıza qoyduğunuz hədəfləri təftiş edin. Bitkin
konsepsiyanız olmalıdır. Günün ikinci yarısında çətin məsələnin
həllində, müşkülün çözülməsində həmkarın və ya tanışın məsləhəti
dadınıza çatacaq. Sevdiyiniz insan sizə tam dəstək verəcək. Onun
qayğısına qalın. Axşam saatlarında stressdən qurtulun. |
Tərəzi- asan qələbələrə bel bağlamayın.
Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz.
Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə
mövqelərinizi möhkəmləndirə bilərsiniz. Texniki fəaliyyətlə məşğul
olanlar üçün münasib zamandır. Günün ikinci yarısında sevdiyiniz
insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb
olmadan münaqişəyə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa
bilərsiniz. |
Əqrəb- adi günlərlə müqayisədə daha
qətiyyətli, iradəli olun. Xırda məsələlər sizi çaşdırmasın, ruhdan
salmasın. Kiçik detallar işinizin son nəticəsinə ciddi təsir edə
bilər. Çevik, mütəhərrik olun. Bütün məsələlərdə rəqibləri
qabaqlamaq üçün yollar arayın. Günün ikinci yarısında fəaliyyət
müstəvisində və ya məişət məsələlərində qeyri-standart düşünmək
gərəkdir. Yaxınlarınızla münasibətlərin müəyyən korreksiyaya,
yenilənmələrə ehtiyacı var. Axşam saatlarında açıq söhbətə zərurət
duyulur. |
Oxatan- sayıq və diqqətli olun. Ən kiçik
səhvin fəsadları böyük, ağrılı ola bilər. Emosional davranmayın.
Hisslərə qapılsanız, məqsədə doğru aparan yoldan sapmaq təhlükəsi
yaranacaq. Maliyyə məsələlərində risk etməyin. Şübhəli
əməliyyatlara qatılmayın. Günün ikinci yarısında əmək kollektivində
haqqınızda şayiələr və intriqalar yarana bilər. Çətin situasiyanı
danışıqlarla, müzakirələrlə çözməyə çalışın. Yaxınlarınızla
təmaslarda həssas olun. Ötənlərdəki inciklikləri bağışlamağa,
müvəqqəti də olsa, unutmağa çalışın. Axşam saatlarında normal
istirahət etmək gərəkdir. |
Oğlaq- rutin məsələlərin həllində
təşəbbüskar olun. İdeyalarınızı daha səmimi şəkildə söyləyin. Qarşı
tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Tənqid və iradların
sayını artırmayın. Aqressiv davranmayın. Günün ikinci yarısında
emosiyalarınıza hakim olun. Uğurların sayını artırmaq
istəyirsinizsə, prosesləri izləyin, şansları dəyərləndirin. Axşam
saatlarında dəyər verdiyiniz insanlarla münaqişə və mübahisə
etməyin. Birgə fəaliyyət üçün o qədər də yaxşı zaman
deyil. |
Dolça- günün ilk yarısından etibarən
hadisələrin intensivliyi artacaq. Mühüm, önəmli məsələlərin həllini
gecikdirməyin. Bəzi məqamlarda lider mövqeyi tutmalı, yaxın
ətrafınızdakı insanları arxanızca aparmalısınız. Günün ikinci
yarısında birgə layihədəki tərəfdaşınızın dediklərinə qulaq asın.
Kobud və qaba insan təsiri bağışlamayın. Yaxınlarınız arasında
çətinə düşmüş insana yardım etməyi unutmayın. Səhhətinizin və
sağlamlığınızın ziyanına olaraq qəhrəmanlıq etməyin. Cari
situasiyanın təfərrüatlarına varın. |
Balıqlar- çalışdığınızı kollektivdəki
ümum ab-havaya rəğmən fikrinizi və mövqeyinizi söyləməkdən
çəkinməyin. Rəhbərlik təşəbbüsünüzü dəyərləndirə bilər. Mövqeyinizi
arqumentlərlə möhkəmləndirməyi unutmayın. Günün ikinci yarısında
işgüzar tərəfdaşlardan biri və ya şəriklə münasibətləriniz
gərginləşə bilər. İstehsalat, biznes, kommersiya və ya təhsil
məsələlərində təcrübəsiz insanlara güvənməyin. Axşam saatlarında
səhhətinizin qayğısına qalın. Orqanizm sınaq vasitəsi deyil. |