BÜRCLƏR - 30 İYUL
Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- mobil, kreativ və məqsədyönlü olun.
Bir çox məsələləri dərhal həll etmək olar. Bir sıra məsələlər
təcili həllini tələb edir. Amma tələskənlik etməyin. Yüz ölçüb, bir
biçin. İşdə qaydalara və tələblərə riayət edin. Günün ikinci
yarısında rutin işləri sonuclandırın. Yarımçıq, tam anlamadığınız
məsələlərin həllində məsləhətlərdən yararlana bilərsiniz. Yaşlı
qohumlardan biri ilə ünsiyyətdə çətinliklər yaranacaq. Bir qədər
mülayim, üzüyola olun. |
Buğa- rəqiblər və bədxahlar üzərində
qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi
dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu
təmaslar faydalı olacaq. Şəxsi münasibətlərdə əhəmiyyətli
irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu düşünsəniz
də, sizi sevindirəcək məqamlar olacaq. Axşam saatlarına yaxın yeni
tanışlıqlar şansı artacaq. Əhvalınız pis deyil. |
Əkizlər- o qədər də yaxşı gün deyil.
İstəklərinizi optimallaşdırın, hədəflərinizi təftiş edin.
Ambisiyalarınız irreal olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün resurs və ya qüvvəniz azlıq edə bilər. Günün ikinci yarısında
kəmhövsələ davranmayın. Praktik olun, hisslərin əsiri olmayın.
Yaşam təcrübəniz sizə bir sıra çətinliklərin öhdəsindən gəlməyə
kömək edəcək. Yaxınlarınızdan biri ona xas olmayan davranışla sizi
təəccübləndirəcək. |
Xərçəng- cari işləri unutmayın, onları
vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi
yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli
tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir
bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə
bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də
bəhrələnməyi bacarın. Günün ikinci yarısında təmkinli, səbrli olun.
Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın.
Axşam saatlarında gəzintidə, səyahətdə fayda var. |
Şir- olduqca çətin məsələnin həlli ilə
məşğul olmaq zamanıdır. Təsərrüfat məsələlərinin çözümünü
başqalarına tapşırmayın. Daha çox pul qazanmağa çalışın. Günün
ikinci yarısında fəaliyyət prosesinə tam nəzarət edin. Xırdalıq və
detalları nəzərdən qaçırmayın. Qarşınıza qoyulan məsələni, həvalə
olunan tapşırığı peşəkarcasına tamamlayın. Yaxınlarınızla
təmaslarda sakit, güzəştlərə meylli olun. Axşam saatlarında
gəzintiyə çıxın. |
Qız- realistsinizsə, yaxşı gündür.
Situasiyanı obyektiv dəyərləndirin. Cari məsələərin həlli üçün
gərəkli yolları və vasitələri arayın. Emosiyalara əsir olsanız,
uğursuzluğun acı dadını hiss edəcəksiniz. Günün ikinci yarısındakı
situasiya planlarınızı tam həyata keçirməyə imkan vermir. Yaxın
ətrafınızdakı insanlar sizi əsəbiləşdirəcək, təəssüfləndirəcəklər.
Praqmat olun, yaşananları dürüst qiymətləndirin. Hər şeyi çox yaxşı
və ya tam əksinə, çox pis görməyin. |
Tərəzi- sərbəstlik, asudəlik və
müstəqillik istəklərində ifrata varmayın. Belə davranış pərişanlıq,
ruh düşkünlüyü vəd edir. Yaxın ətrafınızdakı insanların dediklərinə
qulaq asın. Günün ikinci yarısında mövcud situasiyanın həddən
ziyadə nikbin qiymətləndirilməsi kobud səhvlərə səbəb ola bilər.
Evdə və işdə köklü dəyişikliklər zamanı deyil. Təmirə başlamaq, iş
və ya yaşam yerini dəyişmək fikrindən vaz keçin. Yaxın insanlarla
söhbətdə artıq kəlmələr söyləməyin. |
Əqrəb- çevik, mütəhərrik, qıvraq olun.
Ambisiyalarınızı başqalarının istəklərinə fəda etməyin. Həddən
ziyadə ehtiyatkarlılıq və astagəl olmağınız maraqlandığınız
istiqamətdə geriləməyə səbəb ola bilər. Çalışdığınız kollektivdə
əsəbləri gərməyin. Günün ikinci yarısında naqolay vəziyyətə
düşməyin. Uzaq səfəri, səyahəti təxirə salın. Sevdiyiniz insanla
mübahisə etməyin, çünki belədə dava başlaya bilər. Münasibətləri
qoruyun. Axşam saatlarında yarımçıq işi bitirin. |
Oxatan- uğur seçəcəyiniz strategiyadan
asılıdır. Ona görə də qəti qərar verməzdən əvvəl ətrafa diqqətlə
nəzər salın, şərtləri dəyərləndirin. Tələskənlik etməyin. Maliyyə
məsələlərində yalnız intuisiyaya güvənməyin. Günün ikinci yarısında
məqsədə çatmaq üçün kiçik itkilərə və o qədər də əhəmiyyətli
olmayan qurbanlara hazır olun. Sevdiyiniz insan sizə dəstək olacaq.
Karyera və biznesdə yeni layihəyə başlamaq olar. Axşam saatlarında
stressdən qurtulmaq üçün əylənin. |
Oğlaq- ən çətin, qarışıq situasiyalarda
dəmir əsəbli insan kimi davranın. Təmkin və səbr dadınıza çatacaq.
Yaxın ətrafınızdakı insanlardan biri ilə qarşıdurma, həmkarların
rəqabəti istisna deyil. Çalışdığınız kollektivdə mühitin
dəyişməsinin hansı yön alacağını təxminləmək olmur. Günün ikinci
yarısında hisslərin diqtəsi ilə qərar verməyin. Dəyər verdiyiniz
insanla söhbətdə ötənləri xatırlayaraq münasibətləri ayırd etməyə
çalışmayın. Belədə təmaslar, ümumiyyətlə, kəsilə bilər. |
Dolça- bəzi layihələrdən və istəklərdən
əl çəkmək məcburiyyətindəsiniz. Fərdi planlar arxa plana keçir. Ən
önəmli məsələni çözməyə başlayın. Ağır zəhmət çəkməli olacaqsınız.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisində çoxsaylı
problemlər yaranacaq. Texnika və avadanlıqda nasazlığın yaranması
istisna deyil. Axşam saatlarını yaxınlarınıza həsr edin. |
Balıqlar- uzaqgörən olun, iradəli
davranın. Hadisələrlə zəngin gündür. Süstlük, zəiflik, apatiya
yolverilməzdir. Emosiyaların qurbanı olmayın. Abstrakt mübahisələrə
qatılmayın. Mənasız diskussiyalardan uzaq durun. Günün ikinci
yarısında yeni layihəyə başlamaq fikriniz varsa, kənardan gələn
məsləhətlərə qulaq asmayın. Qrupun və ya kollektivin qeyri-formal
liderinə çevrilə bilərsiniz. Dəyər verdiyiniz insanla sərt
danışmayın. Fikir və ya hisslərinizi ifadə etmək istəyəndə diqqətli
olun. |