Azercell-dən açıqlama
“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəliməzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyəçağırır. Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç biraidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaqüçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəngvə mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlıtəhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsizqoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edir.