Son 1-2 ay ərzində şəhər mərkəzindəki kirayə verilən evlərdə artım tendensiyası müşahidə olunub. Bu məsələnin səbələri ilə bağlı Movqe.az-a danışan İqtisad Resusların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib: "Son aylar kitayə qiymətlərində olan artımın bir neçə səbəbi ola bilər. Həmişə qış aylarında artım tendensiyası müşaidə olunur, yay aylarında isə kirayə haqları aşağı düşür. Yayda əhali daha çox rayonlara üz tutuduğu üçün mərkəzdə qiymətlər aşağı düşür, istirahət üçün əlverişli olan məkanlarda isə əksinə, qiymət artımı görsənir. Qiymət artımı daha çox tələb və təkliflə bağlıdır. Tələb çox olduğu üçün qiymət artımı açıq- aşkar müşahidə olunur. Kirayə haqqlarının Bakı və ətraf yerlərdə fərqli olması isə əhalinin axınları ilə müəyyənləşir. Bakıya daha çox axın olur, bu da ona səbəb olur ki, kirayə evlərin qiyməti artır. Ancaq yay aylarında turistlik əhəmiyyəti kəsb edən məkanlarda da qiymətlər dəyişir, qalxa bilir. Məsələn, Bakı kəndlərində kirə haqları aşağı olur, yayda isə bunun əksi müşahidə olunur. Kirə haqların rəsmi müəyyənləşməsi çətin prosesdir. 2013-cü ildə Vergilər Nazirliyi bu istiqamətdə vergi qanunvericiliyində 140-a yaxın düzəliş həyata keçirdi. Bunlardan biri də icarə haqlarına görə vergiyə cəlb olunmaq idi. Son dövrlər icarə müqavilələrində simvolik qiymətlər göstərilirdi. Düzəliş də ondan ibarət idi ki, müqavilələrdə simvolik qiymət müəyyənləşdiyi halda, vergi orqanı həmin icarəyə verilən evin qiymətinin müəyyənləşməsini həyata keçirəcəklər. Həhçinin, hər iki tərəfə təklif edərək o müqavilənin təzədən bağlanmasını tövsiyyə edəcələr, bundan da müvafiq vergi tətbiq olunacaqdır. İcarəyə verən və icarəyə götürən şəxslər arasında müqavilələrdə qiymət göstərilməlidir ki, sonradan problemlər yaranmasın və hər bir şey razılıq əsasında olsun".
İqtisadçı ekspert Nicat Hacızadə isə kirayə evlərin qiymətinin bahalaşma səbəbini olduqca böyük olan tələbatla izah etdi: "Ümumiyyətlə, daşınmaz əmlak bazarında qiymətlər həm suni olaraq, həm də tələbatdan asılı olaraq son dövrlər bahalaşıb. Təqiqatlar göstərir ki, Azərbaycanda kirayə evlərin qiyməti Avropa daşınmaz əmlak bazarına nisbətən bahadır. Azərbaycanda daha çox təmərkküzləşmə Bakıdadır, böyük biznes şirkətləri, sənayeleşmə, və bir sözlə deyək iş yerlərinin əksəriyyəti Bakıdadır. Bu da daxili immiqrantların paytaxta gəlməsinə səbəb olur və onların əksəriyyəti evsizdir, bundan başqa əksər universitetlər Bakıdadır və tələbələrdə buna görə Bakıya üz tuturlar və tələbə yataqxanalırının demək olarki yox səviyyəsində olması kirayə qiymətlərinə təsir edən amillərdəndir. Və sonuncu hal suni qiymət artımıdır. Xaricdən gələn immiqranlatın birbaşa Bakiya gəlməsi və onların böyük bir qisminin yüksək məbləğ ödəyərək kirayə evlər tutması da vəziyyətə təsirsiz ötüşmür. Bunlar hamsı bahalaşmaya təsir edən amillərdəndir. Qeyri rəsmi statiskaya əsasən Bakida 3 -4 milyon əhali məskunlaşıb və onların çox hissə bölgədən gələnlərə aiddir və tələbatdan asılı olaraq qiymətlərdə bahalaşma baş verir. Bir səbəbdə qeyd edimi ki, bahalaşmaya səbəb maklerlərdən çox ev sahibləridir. Maklerlər də etiraf edir ki, paytaxtın daşınmaz əmlak bazarında kirayə evlərin qiyməti bahalaşır və ucuzlaşma gözlənilmir. Təqiqatlarımız göstərir ki, may ayına yaxın ucuzlaşma olacaq, səbəb tələbələrin bir çoxunun bölgələrə qayıtması ilə bağlıdır. Qiymətlərə baxdıqda isə biz əsasən görürük ki, 1 otaqlı evlər 150, 2 otaqlı evlər 200, 3 otaqlı evlər 300 manatdır. Bu qiymətlər şəhərin mərkəzindən başlayaraq Bakı kəndlərinə doğru azalır. Hazırda ən çox tələbat köhnə tikililərdəki mənzillərədir".