Əlaqə Arxiv
news Image
2013.03.06
18:53
| A A A
Kənd təsərrüfatında məhsul istehsalına böyük təhlükə
Asif Mehrəliyev: «Bu cür hava şəraiti məhsuldarlığı azalda bilər» Mutuzəli Hacıyev: «Havaların belə keçməsinin kənd təssərüfatına heç bir ziyanı yoxdur»

Vahid Məhərrəmov: "Havaların anormal keçməsi xüsusilə bitkiçiliyə ciddi ziyan vurur"


Bir neçə gün öncəyə qədər isti keçən havalar yenidən kəskin şəkildə soyuyub. Bu hal regionlarda özünü daha qabarıq formada büruzə verir. Bunun kənd təsərrüfatına necə təsir göstərəcəyi isə ciddi narahatlıq predmeti olaraq qalır.

Mərkəzi Nəbatat Bağından mütəxəssis Asif Mehrəliyev bu cür soyuq hava şəraitinin kənd təəssərüfatı bitkilərinə necə təsir edəcəyi barədə Mövqe.az-a aşağıdakıları bildirib: "Hava şəraiti bu cür soyuq davam edərsə bitkilərdə başlayan oyanma prosesi gecikə bilər. Amma şaxta olarsa, bir çox meyvələr ərik, şaftalı, badam, alça tezçiçəkləyən çəyirdəkli bitkilərin yetişməsi gecikər və ya çiçəyi tökülər. Bəzək bitkilərinə soyuq havanın heç bir ziyanı yoxdur. Dənli taxıl bitkilərinə isə isti hava şəraitindən sonra soyuq olmasının bir az ziyanı oldu.

Bitkilər canlı orqanizimdir. İsti havadan sonra soyuq hava tempreturu onlarda xəstələnmələrə səbəb olacaq. Hər bitkinin özünəməxsus xəstəlikləri var. Bu cür hava şəraiti bitkilərdə ziyanvericilərə və xəstəliklərə qarşı müqavimət gücünü azaltdı. Bu cür hava şəraiti şaxta ilə nəticələnərsə, meyvə, dənli və çəyirdəkli bitkilərə çox ziyan vuracaq, inkişafını dayandıracaq, meyvələrini müəyyən qədər məhv edəcək. Qeyd edim ki, bu cür hava şəraiti məhsuldarlığı azalda bilər"

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Mutuzəli Hacıyev hava şəraitinin qeyri-normal keçməsinin kənd təsərrüfatı bitkilərinə heç bir ziyanlı təsirinin olmayacağını qeyd etdi: "Havanın bu cür yağmurlu keçməsi prosesinin taxıl sahələrinə çox xeyrli olduğunu qeyd edə bilərəm. Birincisi torpaqda rütubət çoxalır, xüsusilədə dəmyə zonalarında belə hallar olur. Taxılın inkişafı üçün bu çox yaxşıdır. Meyvəçilik olan yerlərdə ağaclarda oyanma yoxdur ki, deyək ki, hava soyuq oldu, onları şaxta vurdu. Havaların belə keçməsinin kənd təssərüfatına heç bir ziyanı yoxdur. Əksinə taxılçılığa, torpaqda rütubətin toplanmasına çox böyük təsiri var. Əgər tempratur 0 dərəcəyə düşərsə, o zaman təsir edə bilər. Hələ mart ayının əvvəlidir. Əlbəttə martın 20-dən sonra hava şəraiti qeyri normal olarsa, problem yarana bilər, amma indiki hava şəraiti kənd təsərrüfatı bitkiləri üçün əlverişlidir".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bu cür hava şəratinin məhsuldarlıq üçün çox ciddi fəsadlar törədəcəyini qeyd etdi: "Havaların belə keçməsi bitkilərdə biotik və abiotik stresslərin yaranmasına səbəb olur. Xüsusən isti olan bölgələrdə çiçəklənmə, mayalanma prosesi tamamlanmalıydı, lakin indiki havalar bu prosesi uzadir, mane olur, hansı ki, həşəratlar vasitəsilə mayalanma baş tuturdu bu proses də normal alınmır. Təbii ki, bu da həm məhsuldarlığa, həm də ki, bitkinin özünə təsir edir. Meyvəçilikdə belə problem ola bilər ki, çiçəklərin bir hissəsi tökülər və məhsuldarlıq çox ciddi şəkildə azala bilər. Digər sahədə payızlıq əkində taxılçılıqda dəyişiklik ola bilər. Uzun müddətdir ki, isti hava şəraiti nəticəsində torpaq altında inkişaf prosesi gedirdi. Hava şəraiti soyuq olanda o proses dayanır. Gedən inkişaf prosesini bu cür hava dayandırır. Torpaqda qida maddəsinə olan tələbat ödənilmədi. O vaxt ödəniş ola bilərdi ki, hava şəraiti isti olsun. Havaların anormal keçməsi xüsusilə bitkiçiliyə ciddi ziyan vurur. Avrotexniki qaydaları dəyişmək lazımdır, gübrəni yaz aylarında vermək lazım ola bilərdi. Qlobal iqlim dəyişikliyi Azərbaycana da təsir edib. Payız əkinin müddəti uzanır, ona görə ki, havalar isti keçirdi, hava isti keçir bitkinin suya olan tələbatı artır, belə halda suvarmanı həyata keçirərsənsə və bitkinin kökündə azot kifayət qədər olarsa bu inkişafa səbəb olur. Sonrakı etap hava isti keçməzsə, soyuq hava şəraiti müşahidə olunarsa o inkişaf dayanacaq, kökdə çürümə prosesi baş verir, müxtəlif xəstəliklər yaranır. Mən rayonlardan gəlirəm. Yenə son illərdə olduğu kimi taxılçılıqda ciddi problemlər var. Fermerlər özləri də bunu təsdiq edirlər ki, taxıl böcəyi geniş vüsət aldığı üçün problemlər yaranıb. Bunlar hamısı havada olan dəyişikliklərlə bağlıdır. Hər il biz 1 milyon 400 min ton Qazaxıstandan buğda idxal edirik. İstehsal etdiyimiz buğda keyfiyyətli deyil. Çünki məhsulumuz zamanında xəstəliklərə məruz qalır, zərərvericilər bitkiyə mənfi təsir göstərir və nəticədə məhsuldarlıq əldə olunmur. Bu çox ciddi məsələdir. Bu gün istehsal olunan buğdanın 1 kiloqramını belə Dövlət Taxıl Fondu qəbul edə bilmir. Daxili bazarımız Qazaxıstan fermerlərinin əlindədir. Bu gün fermerlər arasında ciddi maarifləndirmə proseslərinin aparılmasına tələb var".


Sizin Reklam Yeriniz