Əlaqə Arxiv
news Image
2013.03.12
11:04
| A A A
Milli Məclisdə əfvlə bağlı müraciətlərə baxılıb

Milli Məclisin deputatları vətəndaşlardan əfvlə bağlı müraciətlər alır və millət vəkillərinin vasitəsilə komissiyaya müraciət etmək istəyənlər olur. Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.


Onun sözlərinə görə, müraciətlər baxılması üçün aidiyyatı üzrə komissiyaya göndərilib.


Vitse-spiker beləcə millət vəkillərinin də bu prosesə cəlb olunduğunu qeyd edib.


"Biz də maraqlıyıq ki, bizə müraciət edən şəxslərin uyğun gəldiyi təqdirdə əfv istiqamətindəki arzuları yerinə yetirilsin. Əlbəttə, mən istərdim ki, şərtlərə uyğun gələnlər Novruz bayramı ərəfəsində əfv olunsun. İstək öz yerində, amma bu Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir", - Muradova vurğulayıb.


Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 26-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı 87 nəfərə şamil olunmuşdu. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.

Sizin Reklam Yeriniz