Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən Mövqe.az-a verilən məlumata görə, Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü məlum olub. Məlum olmuşdur ki, S.Məmmədov daha sonra M. Bəstinin meytini həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərmiş, baxış zamanı meyit həmin ərazidə aşkar edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.