Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin
e l a n ı
Müsabiqənin məqsədi
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaq.
Müsabiqənin mövzusu
"Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və prespektivlər"
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3.Qəzet və jurnallardaçalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
QEYD:İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistləristisna olmaqla,digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Qəzetdə dərc olunmuş yazıda"Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı(müəllifin imzası göstərilməməlidir)3 nüsxə
4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),
Tələb olunan sənədlər
1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4.Şəxsi VÖEN və surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu22 may2013-cü il tarixində başlayır , 16 sentyabr 2013-cü il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunaşəxsəntəqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqədə
I -ci yer üçün bir nəfər - 1000 (bir min) manat
II -ci yer üçün bir nəfər – 800 (səkkiz yüz) manat
III -cü yer üçün bir nəfər – 500 (beş yüz) manat
qalibin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə 5 (beş) yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir.
Həvəsləndirici mükafat – 100 (yüz) manat
Qaliblər, həmçinin Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının istiqaməti |
|
Mövzunun adı |
|
Müəllifin Adı, soyadı, atasının adı |
|
Mətbuatda təxəllüsü (əgər varsa) |
|
İşlədiyi KİV |
|
Vəzifəsi |
|
Yazının dərc olunduğu mətbuat orqanı |
|
Ünvanı və poçt indeksi |
|
-iş telefonu |
|
-ev telefonu |
|
-mobil telefonu |
|
-elektron poçt ünvanı |
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi:"____"__________ 2013-cü il
Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;
Elektron ünvan : [email protected] , [email protected] , [email protected]
Sayt: www.kivdf.gov.az