Əlaqə Arxiv
news Image
2013.05.27
18:41
| A A A
DIN: “4 ay ərzində 65 qəsdən adam öldürmə hadisəsi baş verib”-ÖZƏL

"Keçən il ərzində respublika ərazisində 194 qəsdən adam öldürmə hadisəsi baş verib". Bu məlumatı Mövqe.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytinantı Natiq Cavadov verib. Onun sözlərinə görə, bunun 183-nün üstü açılıb: "Açılma faizi 92, 4 % təşkil edir. 2011-ci ildə isə bu rəqəm 87,6% təşkil edirdi . 2011-ci il ilə müqayisədə 4,8% artım var. Cari ilin ilk 4 ayı ərzində 65 qəsdən adam öldürmə hadisəsi baş verib. Bu cinayət faktlarının 91, 9%-i açılıb. Yəni, 65 qəsdən adam öldürmənin 57-si açılıb. Bu cür cinayətlərin açılmasında 1,2 % artım var. Həm keçən il baş verən cinayətlərin açılmasında, həm də ki, bu ilin 4 ayı ərzində baş verən cinayətlərin açılmasında nisbi artım var"






Sizin Reklam Yeriniz