Əlaqə Arxiv
news Image
2013.05.29
14:32
| A A A
İlham Əliyev: chr("39")Azərbaycan tam sərbəst media və internet məkanıdırchr("39")

Biz öz neft gəlirlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq. Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentiİlham Əliyev"Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumunda çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, biz müxtəlif sahələrə gəlirləri yönəltmişik, infrastruktur layihələr həyata keçirmişik və mən deyərdim ki, radikal iqtisadi islahatlar aparmışıq.

O deyib ki, bu, bizim strategiyamızın tərkib hissəsidir:

"Çünki siyasi və sosial islahahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır. Hər hansı sahə bir balaca geridə qalsa, biz uzunmüddətli inkişafı təmin edə bilmərik. Bzim siyasi islahatlara da ehtiyacımız var və biz bunu edirik, demokratik təsisatlarımızı inkişaf etdirirk".

Prezident deyib ki, Azərbaycanda bütün azadlıqılar təmin edilib: "Biz fərəhlənirik ki, Azərbaycan tam sərbəst media və internet məkanıdır.

Hər ölkədə azad internet mövcud deyil. Azərbaycanda internet istifadəçiləri 70 faizə çatır və bu rəqəm artmaqdadır. Bu səbəbdən siyasi islahatlar və demokratik proses hər zaman bizim gündəlikdədir".

Dövlət başçısı deyib ki, bu islahatlar iqtisadiyyatla, iqtisadi və sosial islahatlarla tamamlanmalıdr:
"Biz öz tarixi irsimizi nəzərə alaraq və 90-cı illərin ortalarında artıq konkret qərar verdik ki, Azərbaycan dünyəvi, demokratik ölkə qurmaq istəyir.

Azərbaycan öz dost və tərəfdaş ölkələri, Avropa, Avroatlantika təsisatları ilə yaxın əməkdaşlıq qurmaq əzmində olan bir dövlətdir.

NATO və Avropa İttifaqı ilə əməkdaşlıq bizim beynəlxalq münasibətlər gündəliyimizin başlıca məsəslələrindəndir. Bizim xarici siyasətdə mövqeyimiz açq dır, aşkardır. BMT Təhlükəsizlik Şurasında öz mövqeyimiz açıq və şəffaf şəkildə ifaqə edirik".

Sizin Reklam Yeriniz