Əlaqə Arxiv
news Image
2013.05.30
14:38
| A A A
Müğənninin produseri : Sevda mənim arvadım deyil ki, bütün günü yanımda olsun?!-Eksklüziv

Öz şəxsi həyatı ilə gündəmə gələn müğənnilərə münasibət birmənalı deyil. Təsirli, populyar mahni ilə diqqəti cəlb eləmək, auditoriya qazanmaq əvəzinə qəribə davranışı, şəxsi həyatının cəlbedici epizodu ilə seçilməyə çalışan sənətçilər nədən belə hərəkət edirlər? Axı, tamaşaçı və dinləyici onlardan ilk növbədə sənət nümunəsi gözləyir?..

Bununla əlaqədar araşdırma aparıb, səbəbləri öyrənmək istədik. İlk olaraq müğənni Sevda Yəhyayeva ilə əlaqə saxlamaq istədik. Müğənninin prodüseri Tolik sualımıza belə cavab verdi: "Sevda mənim arvadım deyil ki, bütün günü yanımda olsun... Qaldı sizin sualınızın cavabına, müğənnilər şəxsi həyatları ilə ona görə gündəmə gəlirlər ki, insanlara bu daha çox maraqlıdır. Müğənnilər özləri də bunda maraqlıdırlar. Axı, qeyri-peşəkar müğənni sənətdən nə danışsın?

Hər şey çox asan başa gəlir. Hansısa müğənni jurnalist dostuna üz tutur və xahiş edir ki, belə bir şey yaz... Jurnalist də xahişi yerinə yetirir. Hansı müğənni başqalarını, məsələn, prodüserini qınayır ki, mən istəmədən prodüserim şəxsi həyatımdan filan xəbəri yaydı, o, çox axmaq adamdır. Deməli, onun ağlı, məntiqi yerində deyil ki, öz həyatına məxsus bir faktın yayılmasında başqasını günahlandırır". Müğənni Xuraman Şuşalı başqa cür düşünür: " Şəxsi həyatı ilə reklam olunmaq istəyini hər müğənniyə aid etmək olmaz. Sadəcə şou əhli daim göz önündədir, daha çox sevilir. Bu səbəbdən fanatları sevdiyi müğənni haqqında hər şeyi bilmək istəyirlər. Maqazin verlişləri, qəzətlər, saytlar da reytinqə görə müğənninin şəxsi həyatını ön plana çəkirlər. Emosional müğənnilər də hisslərinə hakim ola bilməyib, hər şeyi açıb danışırlar".

"Bəs görəsən, maqazin verlişlərinə və yaxud qəzetlərə bu informasiyalar hardan sızır" sualına Xuraman Şuşalı belə cavab verdi: " Jurnalist sual verir, o da cavab verir də... Bu informasiyanı kimsə reklam olunmaq, diqqəti cəlb eləmək xatirinə, kimsə də bilməyərəkdən dilə gətirir. Bu

xüsusiyyətləri hamıya şamil etmək olmaz. Beş barmağın beşi də bir deyil ki..." Bu yaxınlarda şəxsi həyatı ilə medianın "sevimlisi"nə çevrilmiş Təranə Qumral bu kimi olaylarla gündəmə gəlməkdən xoşlanmadığını dedi: "Özünüz bilirsiz ki, biz – mən və Musa Musayev heç vaxt şəxsi həyatımızla gündəmə gəlməmişik. Hərdən olur da... Heç kim gözlənilməzdikdən sığortalanmayıb. Şəxsi həyatını istəyərək də, gündəmə gətirənlər var, istəməyərək də... Ancaq vallah, bizdə hər şey istəmədən olmuşdu" .

Məlumat üçün deyək ki, təxmini bir ay bundan öncə müğənni Musa Musayev arvadı Təranə Qumralı yataqda başqa kişi ilə tutduğunu bütün mediaya bəyan etmişdi. İndi isə cütlük barışıb və həmin informasiyanı yalan olduğunu bildirirlər.


Sizin Reklam Yeriniz