Əlaqə Arxiv
news Image
2013.05.31
13:02
| A A A
"QMİ yayılan virusa görə Həcc ziyarəyinə sənəd qəbulu dayandırılmayacaq"-Özəl
Müqəddəs Payızov:"İndiyədək bizə belə bir müraciət daxil olmaylıb"

"Səudiyyə Ərəbistanında virus təhlükəsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) heç bir xəbərdarlıq daxil olmayıb". Bu sözləri Movqe.az-a açıqlamasında QMİ-nin  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov söyləyib. M. Payızov bildirib ki, bu səbəbdən də Həcc ziyarətinə sənəd qəbulu dayandırılmayacaq: "

Artıq Həcc ziyarəti üçün ayrılmış kvota dolmaq üzrədir. Ona görə də sənəd qəbulu dayandırılmayacaq. Həmçinin adətən hər hansı təhlükəli virus yayılanda Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi Həcc Nazirliyinə xəbərdarlıq edir. Həcc Nazirliyi isə Azərbaycan QMİ-yə bununla bağlı məktib göndərir. Biz dərhal Həcc ziyarətinə getmək üçün müraciət edənləri həmin virusa qarşı peyvənd edirik. Amma indiyədək bizə belə bir müraciət daxil olmaylıb".

Şöbə müdiri odur ki, narahatçılığa əsas olmadığını bildirsə də, Aznews.az-ın yaydığı məlumatda qeyd olunur ki, elmə məlum olmayan virus Ümumdünya Səhiyyə Təşkilatını təşvişə salıb. Məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni müşahidə olunan virusun indiyə qədər 27 nəfərin ölümünə səbəb olması ilə bağlı bəyanat yayıb. Bir neçə gün bundan əvvəl isə ölənlərin sayının 22 olduğu qeyd olunmuşdu. Son bir neçə gündə Səudiyyə Ərəbistanında 50 yaşdan yuxarı daha 5 nəfərin ölüm xəbəri təsdiqlənib. Virus ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Daha sonra Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada virusa yoluxma halları özünü göstərib. Elm aləminə tanış olmayan bu virus bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün də böyük təhlükə törədir. 


Sizin Reklam Yeriniz