2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil
müəssisələrinin magistraturalarına qəbul imtahanlarının I
mərhələsinin nəticələrinə görə 2673 plan yeri vakant qalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komssiyasının mətbuat xidmətinin rəhbəri
Elnur Nağızadə Trend-ə bildirib ki, magistraturaya qəbul olmuş 5765
bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib.
Magistratuyraya qəbul olanların 822 nəfəri tələb olunan müddətdə
qeydiyyatdan keçməyib. Qəbul olanların qeydiyyatdan keçməməsi isə
həmin bakalavrların magistraturada təhsil almaqdan imtina etməsi
kimi qiymətləndirilir.
E.Nağızadənin sözlərinə görə, ali məktəblərin magistratura pilləsi
üzrə boş qalan plan yerlərinə isə əlavə qəbul avqustun əvvəllərində
aparılacaq. Komissiya rəsmisi deyib ki, bu il magistratura
səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri
ayrılıb.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı iki mərhələdə
keçirilir. 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil
müəssisələrinin magistraturalarına qəbul imtahanının ilk mərhıələsi
martın 3-də. Ikinci mərhələsi isə iyunun 23-də keçirilib.Qəbul
imtahanlarının ikinci mərhələsində iştirak edən 11274 bakalavrdan
8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə
buraxılmışdı.