Əlaqə Arxiv
news Image
2013.08.06
10:44
| A A A
Regionlarda kiçik sahibkarlıqla bağlı araşdırmalar aparıldı

Regional "Qarabağ" Kənd Təsərrüfatı Assosiasiyası ictimai birliyi "Regionlarda kiçik sahibkarlıqla bağlı araşdırmaların aparılması və ictimai müzakirələrin təşkili"layihəsi çərçivəsində araşdırma işini başa çatdırmışdır.

Regional Qarabağ Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regionlarda kiçik sahibkarlıqla bağlı araşdırmaların aparılması və ictimai müzakirələrin təşkili"layihəsinin ilkin mərhələsində Beyləqan, Biləsuvar və İmişli rayonlrında sahibkarlar arasında kiçik sahibkarlığın vəziyyətilə bağlı sorğu keçirmişdir.

Sorğu hər bir rayonda aqrar sahədə çalışan 15 nəfər arasında olmaqla ümumilikdə 45 nəfəri əhatə etmişdir. Ümumilikdə sorğuya cəlb edilmiş respondentlərin hər biri ən azı 5 il aqrar sahədə fəaliyyət göstərən şəxslər olmuşdur.

Sorğu anketi pasportcadan və 12 əsas sualdan olmaqla hazırlanmışdır. Demək olar ki, sorğuda açıq tipli suallar qoyularaq respondentlərə cavab variantları təklif olunmuşdur. Ümumilkdə rəyi soruşulanların çoxu Azərbaycanda sahibkarlıq mühitini normal qiymərləndirsələr də, problemlərin olduğunu bildirənlər də olmuşdur. Fəaliyyətə mane lan obyektiv səbəbləri sadalayarkən daha çox infrastrukturun, xüsusilə yolların bərbad olmasını, satış bazarına çıxış imkanlarının məhdud olmasını, dövlət dəstəyinin zəif olmasını, vergi yükünün ağır olmasını, kadr problemini göstərmişlər.

Subyektv səbəbləri sadalayarkən müvafiq icra hakimiyyəti orqanlarının – yəni vergi, baytarlıq xidməti orqanlarının müdaxiləsinə rast gəldiklərini bildirmişlər.

Sahibkarlıqla bağlı mövcud qanunvericiliyə münasibət bildirən respondentlərin əksəriyyəti qanunvericilkdən xəbərsiz lduqlarını bildirdilər. Bir çoxu isə qanunvericilik normal olsa da, onun işlək mexanizmlərinin zəif olmasını göstərmişlər.

Demək olar ki, sorğu keçirilən hər üç rayonda vətəndaşlar infrastrukturun bərbad olmasından narazılıqlarını bildirmişlər. Paralel olaraq sahibkarlar kredit vəsaitinə çıxış imkanlarının da zəif olmasını göstərmiş və qoyulan şərtlərin onları qane etmədiyini bildirmişlər.

Sorğu anketində qoyulan "Necə fikirləşirsiniz, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün işgüzar adamlar özləri nələr etməlidirlər?" sualına aşağıdakı cavablar verilmişdir:

1. qanunvericiliyin təkmilləşməsi üçün təkliflər hazırlamalıdırlar - 11

2. təşkilatlanmalıdırlar - 32

3. problemlərlə bağlı təbliğat işi aparmalıdırlar - 24

4. beynəlxalq təşkilatları məlumatlandırmalıdırlar - 10

5. inhisarçılığa qarşı dövlət qarşısında məsələ qaldırmalıdırlar - 12

6. heç nə, çünki onların edə biləcəyi heç nə yoxdur - 15

7. ixtisaslaşmağa çalışmalıdırlar - 21

8. digər - 6

9. bilmirəm -3

Layihənin növbəti mərhələsində Beyləqan və İmişli rayonunda ictimai müzakirələr keçiriləcək və müzakirələrin sonunda təşkilat tərəfindən ictimai müzakirələr hazırlanacaqdır.

Sizin Reklam Yeriniz