Əlaqə Arxiv
news Image
2013.09.13
08:32
| A A A
Azərbaycandan əcnəbi əmlak bazarına daha çox pul axmağa başlayır
Bu istiqamətdə sərf olunan pulların miqdarı 10 milyonlarla dollar həcmində ölçülür

Son bir ildə ölkədə evlərin qiymətində 15 faizdən yuxarı bahalaşma qeydə alınıb. Daşınmaz əmlak bazarını araşdıran ekspertlər hesab edir ki, bunun əsas səbəblərindən biri ipoteka kreditlşəməsi hesabına bazara daha böyük həcmdə vəsaitin daxil olmasıdır. Məsələn, bankların təkcə ötən il verdikləri adi və sosial ipoteka hesabına daşınmaz əmlak bazarına 200 milyon manatdan artıq vəsait daxil olub.

İqtisadçı ekspert Vüqar Bayramov isə cari il ərzində bu göstəricinin 240 milyon manatdan artıq olacağıın bildirir. Təbii ki, bütün bunlar daşınmaz əmlak bazarında qiymət artımını tətikləyən əsas faktorlardan sayılır. Yüksək qiymət isə tikinti şirkətlərini qane etsə də, alıcılar bundan narazılıq ifadə edir.

Qeyd olunanlar fonunda yenidən diqqət cəlb edən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, xaricdən daşınmaz əmlak azərbaycanlıların sayında yenə də artım müşahidə olunur. Özü də belə əmlak alanların alış coğrafiyasını genişləndirirlər. Məsələn, əvvəllər əsas diqqət qardaş Türkiyəyə yönəlmişdisə, indi daha uzaq məkanlara rast gəlmək olar. Düzdür, uzaq məkanlardan daha çox imkanlı azərbaycanlılar mənzil alır. Özü də əsasən, istirahət məkanlarında olan belə yerlərdə mənzil alışı heç də ucuz başa gəlmir. Məsələn, artıq məlumdur ki, Rusiya və Azərbaycan vətəndaşları Çernoqoriyanın Adriatik dənizi sahillərində yerləşən Budva şəhərinin Zavaba burnundakı "Dukley Gardens" kompleksində ən çox mənzil alanlar sırasındadırlar. "BalkanPro" saytı yazır ki, obyektdə yaşayış mənzillərinin qiyməti bir kvadratmetrə görə 5-8 min avro arasında dəyişir. "Dukley Gardens" layihəsinin mətbuat katibi Milena Spahiç bildirib: "Biz bu qiymətə Çernoqoriyada az adamın verə biləcəyi yeni lüks keyfiyyət təklif edirik". Onun sözlərinə görə, Çernoqoriyada daşınmaz əmlak bazarı rusiyalı alıcılara söykənir. Son vaxtlar Çernoqoriyada mənzil almaqda maraqlı olanlar arasında azərbaycanlılar da çoxalıb. "Dukley Gardens" kompleksində bu yaxınlarda çimərlik və yeni restoranın açılışı olub, Zaval burnunun yaşıllaşdırılması işləri başa çatdırılıb. Obyektin tikintisinin 2014-cü ilin inşaat mövsümünün sonunda təhvil verilməsi planlaşdırılır.

Məsələyə yuxarıda göstərilən qiymətlər fonunda yaxınlaşdıqda bura azərbaycanlılar tərəfindən heç əd az pul sərf olunmadığı üzə çıxır. Söhbət burada milyonlardan gedir. Ümumiyyətlə, hesablmalaar görə, hər il Azərbaycandan kənarda əmlak alışına soydaşlarımız 10 milyonlarla dollar vəsait sərf edirlər.

Son dövrlər soydaşlarımız xaricdə daşınmaz əmlak alarkən Çexiyaya da daha çox üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi, Çexiya Şengen zonasının. İkincisi, Çexiya Avropanın mərkəzində yerləşir və burada daşınmaz əmlakın qiyməti eyni keyfiyyət daxilində Fransa, İtaliya və ya İspaniyadakı daşınmaz əmlakın qiymətindən bir neçə dəfə aşağıdır. Eləcə də, çex dili slavyan dil qrupuna aiddir və rusdilli insanlar üçün bu dili öyrənmək o qədər də ağır zəhmət tələb etmir. Çexiyada, Praqada və ya Karlovı Varıda daşınmaz əmlak almaqla, müştənri asanlıqla rezident statusu və ya Şengen zonasında yaşayış vəsiqəsi ala bilər. Avropanı digər ölkələrində böhran səbəbindən ucuzlaşan əmlakı alanlar arasında da azəraycanlılara rast gəlmək olar. Xaricdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb.

Bunula yanaşı, Türkiyədə yenə ev alan azərbaycanlıların sayı artır. Eyni dildən, eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Soydaşlarımız artıq Türkiyədə bahalı daşınmaz əmlak alışına da maraq göstərir. Məsələn, Türkiyədə 45 milyon dollara başa gələn "Valle Lacus" adlı şəhərcikdə villaların qiyməti 1,5 - 1,8 milyon dollar arasında dəyişir. Şəhərciyin tikinti ortaqlarından biri etiraf edib ki, villaları almaq üçün daha çox müraciəti ərəblər və azərbaycanlılar edir. Ümmuiyyətlə, yerli vətəndaşlar üçün maraq doğuran ölkələr içində Türkiyə ilk yerdədir. Bu ölkənin daşınmaz əmlak bazarını azərbaycanlılar üçün cəlbedici edən isə onun artan turizm potensialıdır. Bütün bunlar isə nəticə etibarı ilə ölkəmizdən xarici daşınmaz əmlak bazarına böyük miqdardapullarıngetdyini göstərir. Özü də bu məbləğ ildən-ilə artır. 

Sizin Reklam Yeriniz