Əlaqə Arxiv
news Image
2013.09.13
22:00
| A A A
Daha bir müğənni biznes ledi olur
Adı sirr saxlanılan məkan yaxın zamanlarda açılacaq

Ruhəngiz Allahverdiyeva deyəsən biznes ledi olmaq niyyətindədir. Bu barədə Ailəm.az-a danışan əməkdar artist seçim arasında qaldığını etiraf edib. Hazırda qadın klublarından birinə üzv olan müğənni qadın klubu açmaq istəsə də, son anda bu fikrindən daşınıb: "Qadın klubu açaraq xanımlarımız üçün əlverişli şərait yaratmaq, sosial layihələrdə iştirak etmək istəyirdim. Amma son anda bu məsələni bir müddətlik təxirə salmağa qərar verdim. Çünki hazırda gerçəkləşdirəcəyim başqa arzum var".

Onun sözlərinə görə, hətta artıq quracağı işin planı da cızılıb. "Uzun zamandır arzulayıram ki, musiqili gecələr təşkil edə biləcəyim bir məkanım olsun. Hansı ki, istənilən şəxs gəlib orada həm musiqidən zövq alsın, həm də məkanın özündən. Necə deyərlər, insanlar oraya məcburi yox, könüllü şəkildə axın etsinlər. Artıq planlaşdırmışam ki, orada skripka, saksafon, balaban və zurna musiqi alətlərindən daha çox istifadə olunacaq. Bir də hər həftə bir sənətçi dostumun gecəsini keçirmək istəyirəm", - deyən müğənni qonaqlara təqdim olunacaq şirniyyatları da özü hazırlayacaq.

Qeyd edək ki, adı sirr saxlanılan bu məkanın yaxın zamanlarda açılışı da gözlənilir.

Sizin Reklam Yeriniz