Əlaqə Arxiv
news Image
2013.09.18
08:27
| A A A
Hərbi aviasiyada pilotsuz təyyarələrin sayı artırılır
Ölkəmizin Türkiyə və İsraildən isə F-16 qırıcı təyyarələrinin alınması təklif olunur

Ordu quruculuğu sahəsində Azərbaycaın həyata keçirdiyi siyasət öz müsbət nəticələrini verməkdə, ölkəmizin daha çevik və ən müasir texnika ilə təchiz edilməsi Silahlı Qüvvələrinin formalaşmasına gətirib çıxarmaqdadır. Bu fonda hərbi büdcəsini mütəmadi şəkildə artıran rəsmi Bakı müxtəlif ölkələrdən müasir əsgəri texnika alışına xüsusi diqqət yetirməkdədir.

Qeyd edilən istiqamətdə atılan addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun ixtiyarında ən müasir tələblərə cavab verən zeyli sayda əsgəri texnika mövcuddur. Bu texnikaların əksəriyyəti Rusiya, Ukrayna, Belarus istehsalıdır. Lakin son illərdə digər ölkələrdən, məsələn, Türkiyədən, İsraildən, Pakistandan, Çindən alınan, eləcə də yerli istehsal olan hərbi texnikanın sayında da ciddi artım qeydə alınır.

Bundan başqa Azərbaycan NATO-ya yaxın sayılan ölkələrdən də hərbi texnikanın alışına xüsusi diqqət yetirməkdədir. Məsələn, artıq məlumat verildyi kimi Azərbaycan Cənubi Koreyadan böyük partiya müasir silah almaq niyyətindədir. Ölkəmizin almaq niyyətində olduğu silah siyahısı kifayət qədər sanballıdır. Xüsusən, Azərbaycan Koreyadan iki sualtı qayıq, esmines, nəqliyyat gəmisi, səsdən sürətli T-50 məşq təyyarələri, dünyada ən yaxşılardan biri olan 155 mm çaplı SAU K-9, helikopterlər, pilotsuz uçan aparatlar, odu idarəetmə sistemləri və s. almaq istəyir. Saziş bağlanarsa, ümumi dəyəri ən az üç milyard dollar təşkil edəcək. Bu siyahıdan da göründüyü kimi Azərbaycan ordusunu ixtiyarına ən müasir hərbi aviasiya sistemləri verməyə də xüsusi diqqət yetirir. Xüsusən də, pilotsuz uçan aparatlar (PUA) və ya pilotsuz təyyarələrin alışına diqqət yetirilməsi buna sübutdur. Xatırladaq ki, indiyə qədər ölkəmiz xeyli bel ətexnika alıb, həmçinin, onların yerli istehsalı da həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan PUA-lar ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakı şəhərində keçirilən hərbi paradda təqdim olunub. 2008-2011-ci illərin hərbi paradlarında əsasən "Orbiter-2M" və "Aerostar" tipli PUA-lar nümayiş etdirilsə də sonrakı dövrlərdə beynəlxalq mərkəzlərin, o cümlədən beynəlxalq təşkilat olan SİPRİ-nin hesabatlarında yer alan məlumatlara görə, Azərbaycan İsraildən əlavə olaraq 10 ədəd "Hermes-450", 5 ədəd "Searcher" və 5 ədəd "Heron" tipli PUA satın alıb. Aviasiyasını mütəmadi şəkildə gücləndirməkdə davam edən Azərbaycan Qarabağ münaqişəsi hərbi fazaya keçəcəyi təqdirdə müharibəni qısa zaman kəsiyində tam qələbə ilə başa vurmaq əzmindədir. Qarabağ səmasında Azərbaycan hərbi təyyarələri və digər döyüş vasitələri isə düşmənin istənilən hədəfini məhv etmək gücündədir.

Qeyd olunduğu kimi Azərbaycan pilotsuz təyyarələri əsasən İsraildən alır. "Aerostar", "Hermes-450", "Heron-1", "Orbiter-2M" tipli pilotsuz uçuş aparatının İsraildən alındığı məlumdur. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda "Aerostar" və 30 "Orbiter-2M" pilotsuz uçuş aparatı kompleksinin istehsalı həyat akeçrilir. Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin "AZAD Systems Co." müəssisəsində isə müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. "Orbitr-2M" və "Aerostar" pilotsuz təyyarələrinin hissələri burada hazırlanır. "Orbitr-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. "Aerostar" təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur. Bütün bunlar isə Azərbaycaan Ermənistan üzərində daha böyük üstünlüklər vəd edir. Koreyadan da bel ətəyyarələrin alınması istiqamətində danışıqlar aparılır.

Bundan başqa məlumdur ki, Türkiyə hazırda özünü F-16 qırıcı təyyarələrinin satışını həyata keçirməkdə maraqlıdır. Belə təyyarələrin İsraildən də alışı mümkün sayılır. Bu təyyarələrin əsas alıcılarından biri isə məhz Azərbaycan ola bilər. Sözügedən təyyarələr güclü silah sistemləri və "hava-hava", "hava-yer" raketləri, habelə ağır bombalarla təchiz olunur. Kifayət qədər uzaq məsafədən düşmən hədəflərinə dəqiq zərbə endirə bilir. Qeyd edək ki, F-16 təyyarələri kifayət qədər güclü döyüş texnikasıdır və Azərbaycanın belə təyyarələrə malik olmasının böyük üstünlükləri var. Onu da qeyd edək ki, hazırda Cənubi Qafqazda ən güclü aviasiya məhz Azərbaycana məxsusdur. Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. Araşdırmalardan məlum olur ki, Azərbaycan son illərdə daha çox hərbi texnika almağa başlayıb. Bu isə mümkün Qarabağ müharibəsi zamanı Ermənistanın daha tez məğlubiyyətə uğramasını qaçılmaz edir.

Sizin Reklam Yeriniz