Əlaqə Arxiv
news Image
2012.05.18
14:45
| A A A
Bu gün “Beynəlxalq Muzeylər Günü”dür

Movqe.az xəbər verir ki, Beynəlxalq Muzeylər Günü— Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə1977-ci ildən etibarən18 maytarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.Amerikadan tutmuş Okeaniyaya daxil olan Afrika, Avropa və Asiyada yerləşən bütün dövlətlərdə bu gün xüsusi olaraq qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir.Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları,qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bugünü anlamağımıza kömək edir.Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlayıb.Daha sonra Avropanın digər ölkələrində oxşar işlər görülüb.Əvvəllər muzeylərə hər kəs gedə bilmirdi.Beləki muzeylərdən yalnız dövlət rəhbərləri və alimlər faydalana bilirdi.1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək xalqın marağına səbəb oldu.

Azərbaycan mədəniyyəti- zəngin və qədim tarixə malikdir. Min illər ərzindəAzərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.TəkcəŞuşaşəhərində 8 muzey fəaliyyət göstərirdi.Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkarÜzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyanBülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssamMir Mövsün Nəvvabın xatirə muzeyi,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı,Şuşa tarix muzeyi,Ağdam Tarix-Diyarşünaslıq Muzeyi,Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi,Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçiQurban PrimovunAğdamrayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. KeçmişSSRİ-də yeganə olanAğdam Çörək Muzeyişəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub. . Eyni zamandaMilli Elmlər Akademiyasısistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasındaAzərbaycan Dövlət İncəsənət Muzeyini,Azərbaycan Tarix Muzeyini,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini,Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini,Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyiniAzərbaycan İstiqlal Muzeyinigöstərmək olar.1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanıb.

Sizin Reklam Yeriniz