Əlaqə Arxiv
news Image
2014.05.01
19:29
| A A A
Orduda döyüş hazırlığı yüksəldilir
Ziyadxan Bəkirov: Azad İsazadə:

Müdafiə naziri Zakir Həsənov hərbi hissə və bölmələrə döyüş hazırlığının artırılması barədə göstəriş verib. Bu isə o fonda baş verir ki, cəbhədə atəşkəs rejiminin pozulması halları intensivləşib. Bu ilin əvvəlindən üzü bəri işğalçı Ermənistan və separatçı rejim tərəfindən cəbhə bölgəsində gərginliyin yaradılması halları daha da artır. Onu da qeyd edək ki, Azərbaycan ordusu hər dəfə ermənilərin təxribatına layiqli cavab verərək, onları susdurur. Yaranmış durumla bağlı ekspertlərə müraciət etdik.

Hərbçi ekspert Ziyadxan Bəkirov bildirdi ki, döyüş hazırlığının artırılması barədə tapşırıq verilməsi ermənilərin son zamanlar daha da azğınlaşması ilə bağlıdır: "Azərbaycan ordusuna müdafiə naziri tərəfindən döyüş hazırlığının artırılması barədə tapşırıq verməsi gözlənilən haldır. Bu heç də hansısa gərgin bir vəziyyətin yaranmasından xəbər vermir. Sadəcə olaraq, məsələ ermənilərin bu dövrdə daha da azğınlaşması ilə bağlıdır. Bilirsiniz ki, gələn il ermənilər qondarma "soyqırımın" 100 illiyinə hazırlaşır. Ona görə də bu dövrdə həddən artıq həyasızlaşıblar. Artıq xeyli müddətdir atəşkəsi mütəmadi olaraq, gecə, gündüz pozurlar. Elə günlər olur ki, atəşkəs işğalçı Ermənistan və qondarma rejim tərəfindən 50-100 dəfə pozulur. Belə olan halda müdafiə nazirinin döyüş hazırlığını artırmaq barədə verdiyi tapşırıq düzgün qərardır. Ordumuzun hərbi hazırlığı daimi olaraq yüksəlməlidir, hazırkı situasiyada daha artıq dərəcədə ayıq-sayıq olmaq lazımdır ki, ermənilərin hər hansı bir təxribatı yerindəcə alınsın. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan ordusu xeyli dərəcədə möhkəmlənib. Heç bir halda əsgərlərimiz ermənilərin təxribatlarını cavabsız qoymur, onlara layiqli cavab verirlər. Ona görə də tez-tez təxribatlara yol versələr də, heç də yenidən təcavüzə əl atacaqlarına inanmıram. Çünki, Ermənistan gözəl bilir ki, hazırda Azərbaycan ordusu güclənməklə nəyə qadirdir. Ermənilərin təxribat hərəkətlərinə gəldikdə, bu onların qanında var. Anadan olandan təxribat, fırıldaqçılıq kimi hərəkətlər bu millətin xarakterindədir".

Digər ekspert Azad İsazadə son zamanlar regionda cərəyan edən proseslər fonunda döyüş hazırlığının artırılmasının vacib olduğunu söylədi: "Adətən, yaz aylarında aktivlik artır. Cəbhə zonası bildiyimiz kimi, dağlıq yerdədir, mövqelərin də çoxu hələ də qarın altındadır. İstər-istəməz bu halda qış aylarında tərəflər bəzi mövqeləri tərk edərək bir qədər yaşayış mövqelərinə doğru uzaqlaşmalı olur. Belədə neytral zona yolun bağlanması təhlükəsi ilə əlaqədar genişlənir. Yazda isə qar əriyən kimi tərəflər köhnə mövqelərə qayıtmağa çalışır. İstər-istəməz bu halda atəş toqquşmaları daha tez-tez baş verir. Bu baxımdan sözsüz ki, bütün cəbhə zonasında hərbi hissələrimiz hazırlıq prosesini daha da gücləndirir. Cari ildə regionda gedən proseslər, o cümlədən, Ukrayna, Suriyadakı hadisələr, Rusiyanın aqressiv mövqeyinin güclənməsi fonunda Azərbaycan ordusunun döyüş hazırlığının artırılması lazımi, ehtiyat addımı kimi qəbul edilməlidir".

Sizin Reklam Yeriniz