Bu gün Azərbaycanın ən ecazkar rayonlarlndan biri olan Daşkəsəndə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Ümümmilli lider Heydər Əliyevin 91 illiyi burada yüksək əhval-ruhiyyədə qeyd olunur. Tədbir öncə Ulu öndərin abidəsi önünə gül dəstəsi qoyulması ilə başlandı. Daha sonra rayon Mədəniyyət evində davam edən tədbirdə əvvəlcə Ulu öndərin həyatına həsr edilən film nümayiş olundu. Tədbiri açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev ümümmilli lider Heydər Əliyevin xatirəsinin hər bir azərbaycanlı tərəfindən böyük ehtiramla anıldığını bildirdi. Onun sözlərinə görə, müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir. Əhəd Abiyev Ulu öndərin ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müasir Azərbaycanın sürətlə, sabitlik şəraitində dinamik inkişaf etdirildiyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən millət vəkili Mübariz Qurbanlı və digərləri Ulu öndərin şanlı həyat yolu barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv olan 15 nəfərə üzvlük vəsiqələri təqdim olundu. Daha sonra tədbir incəsənət ustalarının çıxışı ilə davam etdirildi.