Əlaqə Arxiv
news Image
2014.05.05
16:16
| A A A
“İstəmirəm, vəssalam...”- Tağı Əhmədov (YENİLƏNİB)
Nəsimi Paşayev: " Deyilənlər açıq-aydın şişirdilib"

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bu gün mətbuatda barəsində yayılan məlumatlara cavab verib.

 

Bu iddialara aydınlıq gətirmək üçün "Yeni Müsavat" T.Əhmədovla əlaqə saxlayıb. Keçmiş rəis "Yeni Müsavat"a lakonik şəkildə "Bu barədə heç nə bilmək istəmirəm, vəssalam" deyərək telefonu qapadıb.  

 

12:57

 

"Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı".  

 

Bu sözləri "Axar.az"a danışan Metropolitenin sözçüsü Nəsimi Paşayev Tağı Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib.

 

Lakin N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib:

 

"Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın? Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma Metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur".  

 

Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, mindən çox "ölü can"a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğurdan da həyatını itirmiş şəxslər var.

Sizin Reklam Yeriniz