Əlaqə Arxiv
news Image
2014.05.07
11:42
| A A A
Kişiyə öz arvadını zorlamaq hüququ verildi
İraqda ABŞ qoşunları çıxandan sonra ilk dəfə olaraq parlament seçkiləri keçirilib.    Xəbərə görə, seçkilərin rəsmi yekunlarının elanı mayın sonuna qalsa da, qalibin indiki şiə baş nazir Nuri əl-Maliki olacaq.    Onun partiyasının seçkiqabağı vədlərindən biri "Şəxsi vəziyyət barədə Cəfəri qanunu"nun qəbul edilməsidir. Yeni qanun doqquz yaşlı qızlarla evlənməyə icazə verir. Yeni qanun həmçinin kişiyə öz arvadını zorlamaq hüququ verir. Həmçinin qadına ərinin icazəsi olmadan evdən kənara çıxmağı qadağan edir. Yeni qanuna görə, boşanmadan sonra yaşı ikidən yuxarı olan bütün uşaqlar atanın himayəsinə keçir.    Hazırda İraqda nikah yaşı 18-dir, himayədarların icazəsi ilə 15 yaşında da evlənmək mümkündür.
Sizin Reklam Yeriniz