Əlaqə Arxiv
news Image
2012.11.13
17:56
| A A A
Baş Prokurorluq açıqlama yaydı
Baş Prokurorluq Mətanət İsgəndərli ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı prokurorluğa çağırılmasına dair mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilən cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən şahidlərin dindirilməsi, üzləşdirilməsi və sair barədə informasiyaların ictimailəşdirilməsi istintaqın maraqlarına zidd olduğundan istintaqın hazırkı mərhələsində istintaq sirri təşkil edən həmin məlumatların yayılması cinayət prosessual qanunvericiliyinin tələblərinə görə yolverilməzdir. Zərurət yaranacağı təqdirdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

E. Sultanov KİV nümayəndələrinə müraciət edərək bu qəbildən olan məlumatları yayarkən onları tələskənliyə yol verməməyə çağırıb.

Qeyd edək ki, bəzi KİV-də Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı əməkdar artist Mətanət İsgəndərlinin istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilməsi barədə məlumatlar yayılıb.

Sizin Reklam Yeriniz