Əlaqə Arxiv
news Image
2012.04.20
10:38
| A A A
"Suriyada tanklar kazarmalara çəkilməlidirlər"

Suriyada tanklar kazarmalara geri çəkilməyincə, hörmətli Annanın 6 maddəlik planı ilə bağlı verilən sözün yerinə yetirildiyini deyə bilmərik. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı hadisələrlə bağlı çıxışında deyib. Tankların kazarmalara çəkilməsinin zəruriliyini vurğulayan Ərdoğan deyib: "Annan planı" dəstəkləyirik. Amma bu planın yerinə yetirilib-yetirilməyəcəyi, Suriya hakimiyyətinin buna əməl edib-etməyəcəyi ilə bağlı məsələyə gəlincə, əldə etdiyimiz xəbərlər heç ürəkaçan deyil. Hələ rejim qan tökməyə davam edir. Təbii ki, qonşu ölkələrə insan axını davam edir. Türkiyəyə sığınanların verdiyi məlumata görə, Dəməşqdən başqa digər şəhərlərdə qətllər davam edir. Tankların geri çəkilməsi haqqında bəyanatlar qismən doğrudur. Düzdür, tanklar məhəllələrdən, küçələrdən geri çəkilib, ancaq kazarmalara dönməyiblər. Onlar kazarmalara çəkilməlidirlər".

Sizin Reklam Yeriniz