Əziz idman jurnalistləri!
Sizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə təbrik edirəm.
Bildiyiniz kimi, hər il iyulun 2-i Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılmışdır.
Sevindirici haldır ki, gələn il AIPS-in 90 illik yubileyi ərəfəsində, təşkilatın 77-ci konqresi məhz Azərbaycan paytaxtında keçiriləcək.
Bu gün idman jurnalistlərimiz, həm mətbuatımızın, həm də idman ictimaiyyətimizin layiqli üzvünə çevrilmişlər. Hazırda ölkəmizdə, xüsusi idman telekanalı, 10-dan çox idman nəşri, onlarla idman xəbər portalları fəaliyət göstərir. Bundan başqa bütün telekanalar və digər KİV-lər idman mövzusuna böyük diqqət yetirirlər.
Əziz idman jurnalistləri!
Sizin hər birinizi, peşə bayramınız münasibətilə təbrik edir, hamınıza can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.