Avropa Liqasında yeni rekord
Shakhtar Donetsk UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Basel-ə 4:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Goal.az xəbər verir ki, bu oyun Ukrayna klubunun yarımmüdafiəçisi Tayson üçün əlamətdar olub. Belə ki, oyunda komandasının ikinci qolunu vuran braziliyalı, turnirin 7 mövsümündə fərqlənməyi bacaran ilk futbolçu olub.
Daha əvvəl Aleksandr Lakazzet (Arsenal), Cermeyn Lens (Beşiktaş) və Ari (Krasnodar) Avropa Liqasında 6 müxtəlif mövsümdə fərqlənməyi bacarmışdı.