Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Mövqe.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcək.
Cütün qalibi növbəti raundda "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
23 sentyabr
Avropa Liqası
III təsnifat mərhələsi
20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa)
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək.