Əlaqə Arxiv
news Image
2013.12.12
15:52
| A A A
Azərbaycanın qadın boksçuları Qazaxıstandan 5 medalla qayıdıblar

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub.

Trend.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevə final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq gümüş medala sahib olub.

Xatırladaq ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.

Sizin Reklam Yeriniz