Afrika Millətlər Kubokunda yarımfinalın iki iştirakçısı müəyyənləşib.Movqe.az goal.az-a istinadən xəbər verir ki , dünən baş tutan 1/4 final görüşlərindən sonra Konqo Demokratik Respublikası və Ekvatorial Qvineya yarımfinala vəsiqə qazanan komandalar olub.
Konqo DR millisi Konqo ilə oyunda böyük əzmkarlıq göstərib. Oyunun gedişində 2 top fərqi ilə geriyə düşən komanda 4 top vurmaqla qələbə qazanıb 4:2.
Turnirin ev sahibləri Ekvatorial Qvineya da dramatik qələbəə sevinib. Tunis millisinin futbolçusu Əhməd Akaişi hesabı açsa da, əsas vaxtın son dəqiqəsində Balboa penaltidən bərabərliyi təmin edib. Əlavə vaxtın 11-ci dəqiqəsində yenidən fərqlənən Balboa komandasının 1/2 finala çıxarıb.
Afrika Millətlər Kuboku, 1/4 final
Konqo 2-4 Konqo DR
Qollar:Dore (55`), Bifuma (62`) ; Mbokani (66`, 90`), Bokila (75`), Mpela (81`)
Tunis 1-2 Ekvatorial Qvineya
Qollar:Əhməd Akaişi (70`); Xavier Balboa (90`, 101`)