Türkiyəli hücumçu Bundesliqaya gedə bilər
Fransanın "Saint Etienne" klubunda çıxış edən Türkiyə millisinin hücumçusu Mövlud Erdinc karyerasını Almaniyada davam etdirməyə yaxındı. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri xəbər yayıb. Bildirilir ki, Erdinc üçün Almaniyanın "Hanover 96" klubu hazırda "Saint Etienne"lə danışıqlar aparır. Əgər danışıqlar müsbət yekunlaşsa, o zaman Mövlud yaxın günlərdə Almaniya yolçusu olacaq